Icma.az
close
up
RU
Azərbaycanda Təbrizi Bakı kimi sevirlər

Azərbaycanda Təbrizi Bakı kimi sevirlər

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Yaxın Şərq və Cənubi Qafqaz regionunda baş verən hadisələr göstərir ki, beynəlxalq münasibətlər sistemində müharibələr çox zaman proseslərin görünən tərəfidir. Əslində isə geopolitik qarşıdurmaların əsas səbəbləri görünməyən siyasi, iqtisadi və strateji faktorlarla bağlı olur. İran, ABŞ və İsrail arasında davam edən gərginlik də məhz belə mürəkkəb geosiyasi kontekstin məhsuludur. Bu qarşıdurma ancaq hərbi balans məsələsi ilə diqqət çəkmir, həm də enerji marşrutları, regional təsir zonaları, ideoloji qarşıdurmalar və böyük güclərin strateji planları ilə bağlıdır.

Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində bu proseslər çox vaxt “gizli geosiyasi dinamika”, “strateji rəqabət” və “asimmetrik təsir mexanizmləri” kimi terminlərlə izah olunur. Görünən tərəfdə raketlər, hərbi təlimlər, diplomatik bəyanatlar və sanksiyalar dayanır. Görünməyən tərəfdə isə böyük dövlətlərin uzunmüddətli strateji planları, regional nüfuz uğrunda mübarizə və geoiqtisadi maraqlar yerləşir. İranın ABŞ və İsrail ilə qarşıdurması da məhz bu mürəkkəb sistemin tərkib hissəsidir.

Azərbaycan bu kontekstdə xüsusi geosiyasi mövqeyə malikdir. Cənubi Qafqaz regionunun əsas aktorlarından biri olan Azərbaycan uzun illər müharibənin ağır nəticələrini yaşamış ölkədir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin təxminən 20 faizi işğal altında qalmışdı. Bu işğal dövründə Qarabağ və Şərqi Zəngəzur regionları ciddi humanitar və ekoloji fəlakətə məruz qalmışdı.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. Lakin uzun illər ərzində bu qətnamələr kağız üzərində qalmışdı. Görünən tərəfdə bir çox dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edirdilər. Ancaq görünməyən tərəfdə müxtəlif siyasi və geosiyasi maraqlar bu problemin həllinə mane olurdu.

Azərbaycan 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi ilə bu vəziyyəti köklü şəkildə dəyişdirdi. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlar azad edildi. Bu müharibə müasir hərbi tarixdə yüksək texnologiyalı müharibə nümunəsi kimi qiymətləndirilir. Xüsusilə pilotsuz uçuş aparatlarının tətbiqi və şəbəkə mərkəzli əməliyyatlar yeni hərbi doktrinanın formalaşdığını göstərdi.

44 günlük Zəfərdən sonra regionda yeni geosiyasi reallıqlar yarandı. Bu reallıqlar bir çox dövlətlərin və regional güclərin siyasətində dəyişikliklərə səbəb oldu. Uzun illər görünməyən və gizli fəaliyyət göstərən bəzi geosiyasi aktorlar artıq açıq şəkildə mövqe nümayiş etdirməyə başladılar. Azərbaycanın güclənməsi və regionda yeni siyasi balansın yaranması bəzi qüvvələr üçün gözlənilməz oldu.

Bu baxımdan İran faktorunun xüsusi diqqət mərkəzinə düşməsi təsadüfi deyil. İran İslam Respublikası regionun ən qədim dövlətlərindən biridir və böyük geosiyasi ambisiyalara malikdir. İranın siyasi sistemi teokratik respublika modelinə əsaslanır və ölkədə ali dini lider institutu mühüm rol oynayır.

Bununla belə, İranın Azərbaycana münasibəti tarix boyu birmənalı olmayıb. İranın ali dini rəhbəri, ona tabe müəyyən dairələri uzun illər Azərbaycanı müstəqil dövlət kimi qəbul etməkdə yumşaq desək çətinlik çəkib.

Eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə İranın mövqeyi də çoxsaylı suallar doğurmuşdu. İşğal altındakı Qarabağ və Şərqi Zəngəzur ərazilərində geniş miqyaslı talançılıq və qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirilirdi. Tarixi və dini abidələr dağıdılır, məscidlər təhqir olunurdu. Bəzi məscidlərdə donuz saxlanılması faktları beynəlxalq ictimaiyyət tərəfindən də qeydə alınmışdı.

Paradoksal vəziyyət ondan ibarət idi ki, özünü müsəlman ölkəsi kimi təqdim edən İran bu hadisələrə nəinki ciddi reaksiya verir, o məsidlərin yanından gözyumulu keçirdi. Ermənistan ilə iqtisadi və siyasi əməkdaşlıq davam etdirilirdi. Bu isə regionda dini və siyasi prinsipiallıq məsələləri ilə bağlı ciddi müzakirələrə səbəb olmuşdu.

Bunun əksinə olaraq Azərbaycan beynəlxalq hüquq normalarına sadiq mövqe nümayiş etdirirdi. Azərbaycan öz ərazisindən İranın hər hansı hərbi əməliyyat üçün istifadə olunmasına imkan vermədi. Hətta beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan qonşuluq və regional sabitlik prinsipinə sadiq qaldı.

Azərbaycanın xarici siyasət doktrinası balanslaşdırılmış diplomatiya prinsiplərinə əsaslanır. Bu prinsip həm regional əməkdaşlıq, həm də beynəlxalq hüquqa hörmət üzərində qurulub. Azərbaycan bir tərəfdən Türkiyə, Pakistan kimi strateji müttəfiqlərlə əməkdaşlıq edir, digər tərəfdən isə Amerika, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əlaqələri inkişaf etdirir.

Hazırda İran, ABŞ və İsrail arasında artan gərginlik Azərbaycanın iradəsindən kənar prosesdir. Bu qarşıdurma daha çox Yaxın Şərqdəki strateji balansın dəyişməsi ilə bağlıdır. ABŞ-ın İranın nüvə proqramına qarşı tətbiq etdiyi sanksiyalar, İsrailin təhlükəsizlik narahatlıqları və İranın regional təsir siyasəti bu qarşıdurmanın əsas səbəblər kimi göstərlir. Pərdənin arxasında Çin, Rusiya kimi əsas fakorlar hələ ki, görünmür.

Butün olanlara rəğmən, Azərbaycan bu məsələdə yenə də məsuliyyətli mövqe nümayiş etdirir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda müharibələrin genişlənməsi heç kəsə fayda gətirmir. Azərbaycanın əsas prioriteti regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıqdır.

Tarix göstərir ki, nümunəvi siyasət uzunmüddətli perspektivdə daha effektiv nəticələr verir. Azərbaycan son illər məhz belə bir nümunə formalaşdırıb. Bakı həm diplomatik, həm də iqtisadi platformalarda konstruktiv siyasət yürüdür.

Azərbaycan üçün Təbriz şəhərinin xüsusi mənəvi və tarixi əhəmiyyəti var. Təbriz tarix boyu Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən biri olub. Orta əsrlərdə Təbriz Səfəvilər dövlətinin paytaxtı kimi regionun siyasi və iqtisadi mərkəzinə çevrilmişdi.

Bu gün də milyonlarla azərbaycanlı Təbrizi Bakı kimi doğma hesab edir. Bu şəhər Azərbaycan tarixində və mədəniyyətində xüsusi yer tutur. Azərbaycan xalqının Təbrizə münasibəti emosionallıq kimi qəbul edilməməlidir. Burada tarix, mədəniyyət, ideologiya və geosiyasi maraqlar bir-biri ilə sıx şəkildə bağlıdır.

Nəticə etibarilə İran, ABŞ və İsrail arasında qarşıdurma yalnız görünən hərbi və diplomatik proseslərdən ibarət deyil. Bu proseslərin arxasında daha dərin və kompleks geosiyasi faktorlar dayanır. Azərbaycan isə bu mürəkkəb vəziyyətdə balanslı və prinsipial mövqeyi ilə fərqlənir.

Tarix göstərir ki, müharibələr keçicidir, amma dövlətlərin nümunəvi siyasəti uzunmüddətli təsirə malik olur. Azərbaycan da məhz belə siyasət yürüdərək regionda sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirir.

Unudulmamalıdır, Azərbaycan Amerika ilə müttəfiqdir, İsrail ilə dostdur, Türkiyə ilə Şuşa Bəyannaməli qardaşdır, İranla qonşu dostdur. Azərbaycan dünyanın heç bir yerində müharibə olmasını istəmir.

Azərbaycan həm də öz maraqlarını hər şeydən daha çox istəyir. Azərbaycanda Təbrizi Bakı kimi sevirlər.


Elnur ƏMİROV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri