Icma.az
close
up
RU
AZƏRBAYCANDA TƏHSİL ALMAĞIN AĞIRLIĞI Valideyni bu qədər yükləmək kimə lazımdır?

AZƏRBAYCANDA TƏHSİL ALMAĞIN AĞIRLIĞI Valideyni bu qədər yükləmək kimə lazımdır?

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, ölkədə çoxlu sayda xaricdə təhsil şirkətləri fəaliyyət göstərir. Ali məktəblərə qəbul imtahanlarından hər hansı bir səbəbdən kəsilmiş abituriyent həmin şirkətlər vasitəsilə sadəcə atestatla, imtahansız Rusiya, Türkiyə, Gürcüstan, Polşa, Çexiya və digər Avropa ölkələrində ali təhsil ala bilirlər. Bəs ölkəmizdə niyə bütün dünyada olduğu kimi, atestatla, heç bir imtahan vermədən ali təhsil almaq mümkün deyil?

Bizdə təhsil alan şagird mütləq 9-cu və ya 10-cu sinifdən seçdiyi ixtisas qrupu üzrə 2-3 il repititor yanına gedir və universitetə yalnız imatahanla qəbul ola bilir. Qəbul imtahanlarını da Dövlət İmtahan Mərkəzi adlı qurum keçirir ki, bu qurum da hər il imtahanlarda tərtib olunan sualların çətin olması, nəticələrin yoxlanılımasının qeyri-obyektliyi ilə əlaqədar həm abituriyentlər, həm təhsil ekspertləri, həm də media tərəfindən tənqid olunur.

Hər il çox sayda abituriyent universitetə qəbul olmadığı üçün, təəssüf ki, intihara əl atır və ən acınacaqlısı isə, buna görə, heç kimin məsuliyyət daşımamasıdır. Yəni valideyn ömrünü-gününü uşağının yolunda qoyur, minbir əzab-əziyyətlə övlad böyüdüb yetkinlik yaşına çatdırır, övlad da sırf universitetə qəbul ola bilməyib deyə 17-18 yaşında həyatına qəsd edir.

Bir çox ailələr absurd imtahan qaydası səbəbindən övladı qəbul imatahanında aşağı bal topladığı halda, xaricdə təhsil şirkətlərinə üz tutub, övladını xaricdə oxumağa göndərsə də, əksər ailələrin maddi baxımdan buna imkanı çatmır və abituriyentin ali təhsil almaq arzusu heç vaxt reallaşmır.

Şagird 9-cu sinifə çatdıqda 3 il gündəlik orta məktəbdən çıxıb, axşama kimi bir repititordan o birinə gedir, evə gəldikdə isə bilmir orta məktəbin ev tapşırıqlarını həll etsin, yoxsa repititorların verdiyi tapşırıqları. Yəni sözün əsl mənasında 3 il nə normal istirahət edə, nə də qidalana bilmir.

Qəbul imtahanı isə sözün əsl mənasında lotoreya kimi bir şeydir, yəni qəbul ola da bilərsən, olmaya da. Universitetə qəbul olunsa belə, abituryent istədiyi ixtisasa qəbul olmaya da bilər, sadəcə sırf qəbul olub deyə 4 il istəmədiyi ixtisas üzrə oxumaq məcburiyyətində qalır.

Valideyn isə 3 il hər ay bir fənn üzrə repititor haqqı 50-80 manat arası olmaqla 300-350 manat boğazından kəsib repititorlara pul tökür. Əgər bir ailədə aralarında bir yaş fərq olmaqla və ya əkiz olmaqla 2 uşaq varsa, o zaman valideyn 2 uşaq üçün repititorlara hər ay 600-700 manat pul ödəməlidir. Mən hələ gündəlik nəqliyyat, qida xərclərini demirəm.

Bir sözlə, təhsil yükü, maddi yük, ixtisas qrupu seçimi, kodlaşdırma, imtahan həyəcanı və stressi - hər biri ayrı dərddir. Halbuki ali məltəblərə qəbul imtahanı ləğv olunsa, bütün bunlar aradan qalxar, hər kəs attestatla istədiyi universitetə qəbul olunar.

Ən əsası gənclərin intihar halları və illərdir "inkişaf" etmiş təhsil sistemininin “qara bazarı” olan repititorluq fəaliyyəti aradan qalxar.

Şəxsən mənim qohumum gənc yaşlarından ailə qurub Rusiyanın Tümen vilayətinə köçərək orda yaşayır. 1968-ci il təvəllüdlü olan şəxs indiyədək Rusiyada 3 universitet bitirib, indi də 60-a yaxın yaşı olsa da, işləyə-işləyə qiyabi sistemlə 4-cü universitetdə oxuyur. Yəni ali təhsil almaq sözün əsl mənasında yalnız bizdə ağrılı və əlçatmazdır.

Ümid edirəm ki, bizdə də absurd olan universitetlərə qəbul imtahanı ləğv olunar.

İlkin MƏMMƏDKƏRİMOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri