Azərbaycanda təhsil naziri vəzifəsindən azad edildi KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.
Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan MR təhsil naziri vəzifəsindən azad edilib.
Qeyd edək ki, E.Nəcəfov bu vəzifəyə 2024-cü ilin may ayında təyin edilmişdi.
Digər bir qərarla, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı sərəncamı ilə Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 25 Sentyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















