Azərbaycanda təkrarsığorta bazarı 16 % böyüyüb
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2024-cü ildə Azərbaycanda təkrarsığorta haqları 2023-cü illə müqayisədə 16 % (21 milyon manat) artaraq 154 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, təkrarsığorta haqlarının (TSH) ümumi sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır: "Ötən il bu göstərici 11 % olub. Təkrarsığorta haqlarının 3 %-i (5 milyon manat) həyat sığortası siniflərinin, 97 %-i isə (149 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşüb. Həyat sığorta sahəsi üzrə təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə ümumi sığorta haqlarının 1 %-ni, qeyri-həyat sığortası üzrə təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə ümumi sığorta haqlarının 24 %-ni təşkil edib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 15 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















