Icma.az
close
up
RU
“Azərbaycanda tekstil sənayesinin inkişaf etdirilməsi üçün potensial var”

“Azərbaycanda tekstil sənayesinin inkişaf etdirilməsi üçün potensial var”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Azərbaycanda tekstil sənayesinin ənənələri var. Yəni sovetlər dönəmində Bakıda, Sumqayıtda, Gəncədə tekstil fabrikləri fəaliyyət göstərib. Amma həmin fabriklərin texnologiyası artıq köhnəlib və keçid dövründə o fabriklərin işləməsi, inkişaf etməsi təmin edilə bilmədi. Lakin hazırda Azərbaycanın həmin potensialı qalmaqdadır”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Ekspert qeyd edib ki, tekstil sənayesinin inkişaf etdirilməsi üçün Azərbaycanda potensial var: “Azərbaycanda təbii xammal ehtiyatları kifayət qədərdir. Ölkədə pambıq, ipək istehsal olunur, fermerlərimiz baramaçılıqla məşğuldurlar. Eyni zamanda, yun, dəri istehsalı kifayət qədərdir. Yəni bunlar hamısı tekstil sənayesinin inkişafı üçün potensialdır. Ancaq bu potensialı reallaşdırmaqdan ötrü ölkəyə müasir texnologiyalar gəlməlidir və bu müasir texnologiyaları ölkədə tətbiq etmək lazımdır”.

A.Nəsirli eləcə də diqqətə çatdırıb ki, artıq Azərbaycanda Orta Dəhlizin inkişaf etdirilməsindən söhbət gedir: “Ölkədə şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri fəaliyyət göstərir. Bu nəqliyyat dəhlizləri də həmin məhsulların ixrac potensialını reallaşdırmaq üçün münbit şərait yaradır. Hazırda Azərbaycanda tekstil məhsulları dünyada brendləşməsə də artıq ixracatımız var. MDB ölkələrinə, Türkiyəyə və digər ölkələrə az da olsa tekstil məhsullarının ixracatı var və ölkədə hökumətin də bu sahəyə dəstək vermək meyilləri güclüdür. Çünki pambıq ölkədə strateji məhsul elan edilib. Hələ də bu, qüvvədədir. İpəkçiliyin, baramaçılığın inkişafı üçün Dövlət Proqramı qəbul edilib. Bu sahə də inkişaf etdirilir. Yəni hökumət xammal bazasını möhkəmləndirmək istiqamətində tədbirlər görüb. Əgər bu sahəni inkişaf etdirmək istəyən sahibkarlar sinfi ortaya çıxacaqsa, hökumət yəqin ki, onlara da dəstək verəcək”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:302
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri