Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Nicat Kazımov oğluna toy etdi Video

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Azərbaycanda təqaüd maaşdan 3 dəfə azdır: “1000 manat lazımdır ki...”

Azərbaycanda təqaüd maaşdan 3 dəfə azdır: “1000 manat lazımdır ki...”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ölkə iqtisadiyyatında öz həllini gözləyən problemlər var. 

Artıq yanvarın 1-dən minimum əməkhaqqı, fevralın 1-dən etibarən isə minimum pensiya artımları olub. Eyni zamanda, bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamda isə Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt müəyyənləşdirilib. Nazirlər Kabineti tərəfindən təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsi üçün verilən 3 ay müddət bitib. 

Bu və digər məsələlərlə bağlı “Cümhuriyət”-in suallarını iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb: 

Müharibə veteranlarının müavinəti artacaq

-Ölkədə martın sonunadək pensiya, müavinətlərin artırılması ilə bağlı təkliflər hazırlanıb hökumətə təhvil verilməli idi. Artıq müddət başa çatıb. Sizcə hökumətin təkliflərində nələr öz əksini tapmalıdır?

-Əslində hökumətin üç aylıq müddətinin başa çatmasına baxmayaraq, yəqin ki, bayram günləri ilə bağlı olaraq yaxın günlərdə bu təkliflər Prezidentə təqdim ediləcək. Əsas gözləntilərdən biri müharibə veteranlarının hazırda 80 manat olan müavinətinin artırılmasıdır. Ümumiyyətlə, çox böyük artım olacağını düşünmürəm. Ancaq 20-25 manat artması mümkündür. Bundan əlavə, yaşa, əlilliyə görə verilən pensiya və müavinətlərdə də artım müşahidə olunacaq. Çünki yanvarda olan indeksləşmədə onlara toxunan hissə daha az olmuşdu. Burada da 8 faiz civarında artım gözlənilir. Vətəndaşlarda çox yüksək gözləntilər olmasın.

Çünki ehtiyatda olan vəsait o qədər də çox deyil. Təqribən 500 milyon manata yaxın ehtiyat vəsait var ki, Maliyyə Nazirliyi onu büdcə xərcləmələrində əlavə istifadə edə bilər. Bizdə bir ənənə formalaşıb. May və yaxud iyun aylarında büdcəyə yenidən baxılır. Əgər büdcəyə yenidən baxılma dövrünə qədər bu təkliflərdə səsləndirilən daha böyük addımlar olarsa, o zaman Prezident sərəncamı, yaxud Prezidentin təklifi ilə büdcəyə əlavə və dəyişikliklərlə parlament buna yenidən baxa bilər. May və yaxud iyun ayında daha ciddi və nəzərəçarpacaq dəyişiklikləri görə bilərik. Ancaq təəssüf ki, hələlik artımın bir neçə kateqoriyaya aid olan şəxsin müavinət və təqaüdlərinə şamil ediləcəyini söyləyə bilirik. 

“Ən azı 1000 manat lazımdır ki...”

-Qiymətlərin artdığı bir zamanda,  sizcə, 4 nəfərlik bir ailənin dolanışığı üçün nə qədər vəsait lazımdır?

-Ümumiyyətlə, ailədən-ailəyə ciddi fərq var. Çünki ailə var ki, gündə balıq yeməyi xoşlayır. Elə ailə var ki, gündəlik tələbat məhsullarını ancaq çatdırır. Ancaq orta statistik Azərbaycan ailəsini götürsək və rəsmi rəqəmlərə istinad eləsək, yaşayış minimumunu götürsək, ən azı 1000 manat lazımdır. Təəssüf ki, bizdə belə hesablanmır. Əgər bizdə belə hesablansa, onda bir çox ailələrdə yaşayış minimumunun artırılmasına ehtiyac yaranacaq. Ona görə də bizdə hesablama qaydaları fərqli olduğuna və yaxud da yanlış olduğuna görə fərqli rəqəmlər ortaya çıxır. Nəticə etibarilə bizdəki yaşayış minimumu 4 nəfərlik standart ailəyə görə hesablanmır. Bir çox ölkələrdə bu praktika mövcuddur. 

Məsələn, Türkiyəni, Gürcüstanı götürsək, bununla bağlı bir ölçü var. Türkiyədə 4 nəfərlik ailənin aylıq xərcləri bizim milli valyuta ilə 2 min manatdan çoxdur. Bunu Azərbaycana tətbiq etsək, adambaşına 500 manat düşməlidir. Ancaq bizdə 4 nəfərlik ailənin 2 min manat gəliri varsa, az qalsın ki, onu orta sinifə aid edirlər. Faktiki olaraq elə də çox məbləğ deyil. 

“Hökumət çox rahatlıqla pensiya yaşını artıra bilir, çünki...”

-Araşdırmalara əsasən, ölkədə kişilərin bir çoxu pensiya yaşına, 65 yaşa çatmadan vəfat edir. Bu, əsas verirmi ki, pensiya yaşı azaldılsın?

-Azərbaycanda pensiya yaşı məsələsi ikinci dərəcəlidir. Bizdə ən böyük problem təqaüdlərin özünün çox aşağı olmasıdır. Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, əhalinin böyük bir qismi təqaüdə çıxmaq istəmir. Hətta təqaüd yaşının daha da artırılmasını istəyir. Çünki təqaüdlər maaşdan 3 dəfə azdır. İstənilən nazirlikdə işləyən bir orta məmur 1000 manatdan artıq maaş alır. 

Ancaq pensiyaya çıxanda təqaüd nə qədər olur? Bir çoxu Sosial Müdafiə Fondunun tələb etdiyi yığım hissəsini doldura bilmir. Çünki hər il bu rəqəm artır. Nəticə etibarilə insanlar 400 manat civarında təqaüd alırlar. Onlar da fikirləşirlər ki, niyə 400 manat təqaüd almalıyam, hazırda 1200-1300 manat maaş alıram. Hətta bəziləri müxtəlif yollarla daha çox işləməyə can atırlar. 

Bizdə bu problem həllini tapmalı, təqaüdlərin özünün həcmi və ödənişləri yüksəlməlidir ki, sonra təqaüd yaşı məsələsinə keçid edə bilək. Bizdə təqaüd yaşı məsələsi daha çox kimi maraqlandırır? Çox azsaylı insanları. Söhbət yüksək maaşlı insanlardan gedir. Məsələn, xarici şirkətlərdə çalışanların, dövlət qulluqçularının, hüquq-mühafizə orqanlarının əməkdaşlarının təqaüdü çox yüksəkdir. Ona görə də onlar daha tez təqaüdə çıxmaq istəyirlər. Bir çox hallarda təqaüdə çıxmaq istəməyən insanların sayı çox olduğuna görə hökumət çox rahatlıqla pensiya yaşını artıra bilir. Bizim də başımız təqaüd yaşını müzakirəsinə qarışır, təqaüdlərin həcminin aşağı olması məsələsi az qala yaddan çıxır. 

“Azərbaycanlılar ən son variant kimi Azərbaycana qayıtmağı düşünürlər”

-Rusiyada miqrantlara qarşı qanunlar sərtləşdirilir. Bu proses orada miqrant olan azərbaycanlılara necə təsir göstərəcək?

-Bu, Rusiyada bütün miqrantlara təsir göstərəcək. Bunun səbəbləri çoxdur. Əsas səbəblər Rusiyada daxildəki problemlərin günahkarlarını tapılmasıdır. Halbuki miqrantlar olmasa, Rusiya iqtisadiyyatı az qala çökər. Çünki onların bir çox sahələrdə əvəz edəcək işçi qüvvələri yoxdur. Azərbaycanlılara gəldikdə isə bizdə belə bir səhv təsəvvürlər var ki, Rusiyada yaşayan bütün soydaşlarımız miqrantdır. Xeyr, elə deyil. Rusiya Prezidentinin verdiyi rəqəm var idi və buna görə, 1,5 milyon azərbaycanlı artıq ölkə vətəndaşıdır. Yəni 700-800 minə yaxın insanın da statusu müəyyən deyil. Ya rəsmi qaydada Rusiyada qalıb çalışır, 5-10 illik, hətta ömürlük oturum izinləri olanlar da var. 

Bir çox insan da var ki, onlar izni yoxdur və yaxud vaxtı keçib. Əsas problem həmin insanlara aid olacaq. Yəni hər dəfə miqrasiya haqqında yeni qanunlara görə ya qalmaq, ya da işləmək izni almaq istəyirlərsə, onlara qarşı daha sərt tədbirlər olacaq. Rus dili ilə bağlı imtahanlar sərtləşdirilib. Hətta imtahana şeirlər salınıb. Rusları da anlamaq olmur. Məsələn, Puşkin, Lermontovdan şeir istəyəcəklər. Bu insan bazarda işləməyə gəlib. O, Puşkininşeirini bilsə, nə olacaq? Bu, sadəcə Rusiyada şovinizmi ayaqda saxlamaq üçün qəbul olunmuş bir qərardır. Azərbaycan nöqteyi-nəzərdən baxsaq, biz bunu təhdid və təhlükə kimi görməməliyik. Nə qədər hökumət bunu təhlükə kimi görsə, Rusiya bundan istifadə etməyə çalışacaq. Bu, əslində fürsətdir. Deyək ki, 50-100 min insan geri qayıdacaq. Bunu təhdid kimi görməkdənsə, onların iqtisadiyyata qazandıra biləcəklərini düşünmək lazımdır. Bizim Qarabağ kimi bölgəmiz var. Bir çoxlarının əsilləri ordandır. 

Onlara elə şərait yaradılmalıdır ki, qayıtmaq istəsinlər. Məsələn, Rostovdan gəlib Laçında yaşasın. Yalnız işçi qüvvəsi kimi deyil, həm də  öz bizneslərini, ideyalarını gətirsinlər. Buna şərait yaradılmalıdır. Biz bunu nə qədər təhdid kimi görsək, Rusiya bir çox məsələlərdə ondan bizə qarşı istifadə edəcək. Ona görə də bunu fürsətə çevirmək olar. Yeri gəlmişkən Azərbaycanda demoqrafik vəziyyət o qədər də yaxşı deyil. Qafqaz ölkələrindən çox yaxşıdır, dünya ortalamasına yaxındır, ancaq tendensiya çox pisdir. Əhalinin geri qayıtması heç də bizə mənfi təsir etməyəcək. Digər məsələ də odur ki, Rusiyada zaman-zaman dalğalanmalar olub. Məsələn, 2008, 2014, 2015-ci illərdə. 

Azərbaycanlılar ən son variant kimi Azərbaycana qayıtmağı düşünürlər. Həmin dövrlərdə Qazaxıstana, Özbəkistana, hətta Belarusa köçənlər oldu. Bunu bizim hökumət də düşünməlidir. Niyə azərbaycanlı öz vətəninə yox, Qazaxıstana gedir? Deməli, Azərbaycanda işlə, iqtisadi fəaliyyətlə bağlı vəziyyət o qədər yaxşı olmalıdır ki, azərbaycanlıların öz vətəninə qayıtması onların marağında olsun. Hökumət bundan çəkinməsin, əksinə, qapıları da açsın ki, kim istəyir gəlsin, iş qursun, iqtisadi fəaliyyətlə məşğul olsun, Qarabağda məskunlaşsın. 

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri oradan yalnız Qazaxıstana 130 min azərbaycanlı köçüb. Onlar Azərbaycana qayıtmadılar. Çünki kiçik-orta sahibkarlıq üçün Qazaxıstan sanki cənnətdir. Orda həddindən artıq yaxşı şərait yaradılıb. Bizdə isə kiçik-orta sahibkarlığın iqtisadiyyatda payı ilbəil azalır. Avropa ortalamasında kiçik-orta sahibkarlıq ÜDM-informalaşmasının 55-60 faizini təşkil edir ki, bizdə 7 faizə çatmır və bu, hökumətin həll etməli olduğu problemdir. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Açar sözlər: təqaüd maaş Natiq Cəfərli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see493

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see320

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see281

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see193

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see147

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see145

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see139

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see136

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri