Bu yolda sizə 100 manat cərimə yazıla bilər Video
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda yol hərəkətinin təşkilində edilən dəyişiklikdən sürücülərin əksəriyyətinin xəbəri yoxdur.
Axar.az Avtosfer.az-a istinadla xəbər verir ki, söhbət Beynəlxalq Avtovağzalın qarşısındakı yolayrıcından gedir.
Belə ki, son dəyişiklikdən sonra Biləcəri dairəsindən gələrək sağa dönən sürücülər üçün "Yol ver" nişanı quraşdırılıb. Ondan sonrakı kəsişmə yerində isə "Baş yol" nişanı qoyulub.
Bu səbəbdən həmin istiqamətdə hərəkət edən sürücülər əvvəlcə "Yol ver" nişanının tələbini yerinə yetirərək qarşıdan gəlib sola dönən avtobuslara yol verməli, daha sonra hərəkətlərini davam etdirməlidirlər. Kəsişmə yerinə daxil olduqdan sonra isə artıq üstünlük həmin sürücülərdə olur.
Qeyd edək ki, "Yol ver" nişanının tələbini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 cərimə balı və 100 manat məbləğində cərimə oluna bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Noyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















