Azərbaycanda TikTok la bağlı heyrətamiz statistika: 55 yaşdan yuxarılar...
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan üzrə 2026 üçün olan Digital Marketinq reportlarına baxanda TikTok istifadəçi sayı gözümə tuş gəldi. Ölkəmizdə 7.61 milyon 18+ yaş insan aktiv şəkildə TikTok istifadə edir. Hələ azyaşlılar bu statistikaya daxil deyil”.
Ölkə.Az xəbər verir ki, bunu rəqəmsal marketinq üzrə rəhbər Elton Qurbanov deyib. O, xüsusilə bu platforma istifədəçilərinin yaş aralığına diqqət çəkib:
“Müqayisə üçün deyim ki, instaqram istifadəçi sayı 4.25 milyondur. Aradakı fərqi görün, sonra da “TikTok uşaq platformasıdır” deyənləri xatırlayın.
Yaş aralıqlarına baxanda isə lap maraqlı mənzərə ortaya çıxır. Ümumilikdə bütün yaş qruplarında minimum 51% artım var. İkinci ən çox artım 18–24 yaş aralığında yox, 55+ yaş qrupundadır (88%).
İndi ortada bir sual maraqlıdır, bu artımın səbəbi nədir? Bəzən eşitdiyimiz dələduzluq hadisələrinin bir qisminin məhz TikTok üzərindən baş verməsi təsadüfdürmü? Texnologiyaya tam adaptasiya olmayan nəsli dolandırmaq bir az daha rahatdırmı? Ola bilsin ki hə.
Amma burda başqa bir sual da var: Bu qədər 55+ insan TikTok-da nə edir axı?
Reseptlər? Canlı yayımlar? “Bu cavanlar niyə belə edir?” videoları? Yoxsa sadəcə vaxt öldürmək?
Digər tərəfdən, məsələyə pozitiv baxsaq, bu data bizə açıq-aydın bir şeyi deyir: TikTok artıq sadəcə əyləncə platforması deyil, ciddi kanaldır. Necə deyərlər, kütlə haradadırsa, sən də orada olmalısan.
Sizcə, 55+ kütlədə bu qədər ciddi artımın əsas səbəbi nədir?”, - deyə o əlavə edib.
Billurə Yunus

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Yanvar 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















