Icma.az
close
up
RU
Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı

Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atılıb. İlk dəfə olaraq, Qəbələ Qida Şəhərciyinin ərazisində yerləşən Qəbələ Konserv Zavodu tullantı sularının təmizləmə qurğusunun modernizasiyası zamanı Hərəkətli Yataq Bio-Reaktor (MBBR) Texnologiyasını uğurla tətbiq edib. Bu innovativ həll mövcud təmizləmə sistemlərinin gücünü artıraraq daha səmərəli, ekoloji təmiz və aşağı istismar xərcləri ilə çalışan, az enerji sərf edən, şirkətin dayanıqlılıq hədəflərinə uyğun bir sistem qurmağa imkan yaradır.

Qəbələ Konserv Zavodunun tullantı sularının təmizlənməsi prosesinin modernizasiyası nəticəsində zavodun mövcud su təmizləmə gücü günlük 600 kubmetrdən 2 400 kubmetrə yüksəldilib. Bununla da "Pepsi", "Natura", "Jalə", "Zolotoy sad", "I'm tea", "Mia", "Chipsim" kimi markalar altında müxtəlif sevilən qida məhsullarının istehsal edildiyi Qəbələ Qida Şəhərciyində həm istehsalın dayanıqlılığı, həm də təbiətin qorunması istiqamətində önəmli addım atılıb.

Ərazidə tətbiq edilən MBBR texnologiyası yalnız texnoloji irəliləyiş deyil, eyni zamanda ekoloji dayanıqlılıq və davamlı inkişaf baxımından əhəmiyyətli bir addımdır. Sistemin yüksək təmizləmə qabiliyyəti su ehtiyatlarının qorunmasını, təkrar istifadəni və çaylara axıdılan çirkləndirici maddələrin azalmasını təmin edir. Bu isə ətraf mühitin mühafizəsi və sağlam ekosistemlərin qorunması baxımından mühüm rol oynayır. Eyni zamanda, təmiz su və sağlam ekosistemlər bölgədə yaşayan yerli əhali üçün daha sağlam həyat şəraiti yaradır, su ilə bağlı xəstəliklərin və ətraf mühitlə bağlı risklərin azalmasına səbəb olur. Ekoloji baxımdan təmiz və davamlı fəaliyyət, həmçinin bölgədə kənd təsərrüfatının və turizmin inkişafı üçün də əlverişli zəmin formalaşdırır. Azərbaycanda tullantı sularının daha səmərəli idarə olunması və ekoloji dayanıqlılığın artırılması istiqamətində atılan bu addım, ölkənin sənaye və ekoloji siyasəti ilə yanaşı yerli əhalinin rifahı üçün də böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, MBBR texnologiyasının uğurlu tətbiqlərinə dünyada Böyük Britaniya, Almaniya, İsveçrə daxil olmaqla, bir çox iri müəssisə və şəhər su təmizləmə qurğularında rast gəlinir.

"Novex Group" MMC-nin tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu müasir texnologiyalara əsaslanan istehsal prosesi və yüksək keyfiyyətli məhsulları ilə seçilir. Zavodda istehsal olunan meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız sərinləşdirici içkilər həm yerli, həm də beynəlxalq bazarlarda geniş tələbat qazanaraq Azərbaycan qida sənayesində mühüm yer tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Aprel 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri