Icma.az
close
up
RU
Azərbaycanda Türkmənistan kapitallı 75 şirkət fəaliyyət göstərir FOTO

Azərbaycanda Türkmənistan kapitallı 75 şirkət fəaliyyət göstərir FOTO

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan kapitallı 75 şirkət fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, bu barədə Bakıda Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası zamanı bildirilib.

Qeyd edilib ki, ölkələrimiz arasında tranzit daşımalarının həcmi son illərdə sabit dinamika nümayiş etdirir. Ötən ilin yekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısında isə 1 milyon tonu keçib.

İclasda Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl, mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, dövlət başçılarımız arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma əməkdaşlığın gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirməkdədir. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və humanitar əlaqələr kimi əsas sahələri əhatə edən geniş tərəfdaşlıq gündəliyi mövcuddur.

Türkmənistanla investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib.

Ölkələrimiz enerji üzrə işbirliyinin genişləndirilməsi baxımından böyük potensiala malikdir. Enerjinin ixracı ilə bağlı infrastrukturu inkişaf etmiş Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin müzakirəsinə hazırdır.

Türkmənistanla “Şərq–Qərb” nəqliyyat dəhlizinin canlandırılması və Orta dəhlizin səmərəliyinin artırılması üzrə əməkdaşlıq da xüsusi rol oynayır.

Eyni zamanda, iki ölkənin ticarət, enerji, sənaye parkları, nəqliyyat, biznes,kənd təsərrüfatı və Ələt azad iqtisadi zonası üzrə tərəfdaşlığının gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli biznes və investisiya mühiti, nəqliyyat və logistika infrastrukturu imkanları, Zəngəzur dəhlizinin perspektivləri barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmi bildirilib, Türkmənistan sərmayədarları fəal əməkdaşlığa dəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev Azərbaycanla müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün genişperspektivlər olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb.

Tədbirdə müxtəlif sahələrdə birgə fəaliyyətin perspektivləri, iqtisadi müstəvidə ortaq maraqlara xidmət edən təşəbbüslər barədə müzakirə aparılıb.

İclasın sonunda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri