Icma.az
close
up
RU
Azərbaycanda ümumi iqtisadi hərəkətlilik və dinamika artıb ANALİZ

Azərbaycanda ümumi iqtisadi hərəkətlilik və dinamika artıb ANALİZ

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.

Bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib:

“Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.

Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib:

“İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda iqtisadi inkişaf son bir neçə ildə əsasən özünü aqrar sektorda göstərməyə başlayıb:


“Bir sıra tədarük göstəricilərində artımlar müşahidə edilməkdədir. Eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracatı ilə bağlı göstəricilər 2022-ci və 2023-cü ildə artımla davam edib və bu tendensiya 2024-cü  ildə özünü göstərdi. Xüsusilə də Rusiya Ukrayna savaşından sonra Azərbaycan üçün geniş bazarların açılması, həmçinin, əlverişli logistika imkanlarının olması ölkədə aqrar sektorun inkişafına, tədarük göstəricilərinin artmasına gətirib çıxarıb. Aqrar sektordakı artım həm də Qarabağ və Şərqi Zəngəzurda torpaq əkin sahələrinin istifadəyə verilməsi və həmin sahələrdən də tədarük göstəricilərinin artası ilə bağlıdır. Bu sahədə nəzərə çarpacaq dərəcədə artımlar müşahidə edilir. Xüsusilə də kartof, pomidor, çiyələk kimi növdən olan məhsulların tədarükündə ciddi artımlar baş verir. Ümumiyyətlə Azərbaycanda pambıq mahlıcının tədarükü ilə də son illərdə ciddi şəkildə artım qeydə alınıb. Aqrar sektordakı artımlar, qeyri neft sektorunun inkişafı, iqtisadi artım templərinə müsbət təsir göstərib. Bir sıra Türkiyə və Rusiya şirkətləri işğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşları həyata keçirirlər. Həmin ərazilərin bərpası ilə bağlı həyata keçirilən iqtisadi strateji layihələr ümumi daxili məhsulun böyüməsinə və iqtisadi inkişafın daha da sürətlənməsinə səbəb olub. Növbəti illərdə də Azərbaycanda doğru investisiya təşviqi həyata keçirilərsə və bu tendensiya davam edərsə, aqrar sektorda artımlar müşahidə olunacaq. 2023-cü illə müqayisədə 2024-cü ildə sənaye istehsalında təxminən dörd faizə qədər  artım baş verib. Bu artımların da bir sıra səbəbləri var. Xüsusilə də tikinti sektorunda olan sahələrdə boya məhsullarının istehsalı, yapışdırıcı, sement, kafel, metlax və digər əhəmiyyətli tikinti materiallarının istehsalının Azərbaycanın daxilində həyata keçirilməsi genişlənib və bu sahəyə investisiya qoyuluşları artıb. Sənayedəki inkişaf və daha çox aqrar sektordakı inkişaf ümumi iqtisadi göstəricilərimizə müsbət təsir edib. Bu tendensiyanın davam etdirilməsi üçün ən başlıca amil ixracat, xarici bazarların tapılması və logistik imkanların bir az da genişləndirilməsindən asılıdır. Azərbaycanın Çin Xalq Respublikası və Orta Asiya ölkələri ilə iqtisadi münasibətlərin genişlənməsi, Ələt ticarət limanındakı dövriyyənin artması, dəmir yolu üzrə daşımaların çoxalması ümumi iqtisadi hərəkətliliyin və dinamikanın artmasına səbəb olub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri