Icma.az
close
up
RU
Azərbaycanda və dünyada QIŞ TURİZMİ

Azərbaycanda və dünyada QIŞ TURİZMİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qış təkcə hamımızın evdə qalaraq yorğan altında film izlədiyimiz günlər deyil. Yay həvəskarları bu mövsüm haqqında tez-tez belə düşünsələr də, əslində qışda edilə biləcək çoxlu əyləncəli fəaliyyətlər var. Soyuq qış günlərini həm şən, həm də sağlam qış idmanları ilə fürsətə çevirə və düşündüyünüzdən daha maraqlı vaxt keçirə bilərsiniz.

Bəs, dünyada və ölkəmizdə qış fəslində haralara gedə, nələr edə bilərik?

Türkiyədən və dünyanın ən yaxşı qış idman yerləri

1. Bursa- Uludağ

Uludağ

Uludağ Xizək Mərkəzi Türkiyənin ən qədim və ən böyük xizək kurortlarından biridir. Dekabr ayında qarın qalınlığının 3 metrə çatdığı bölgədə hər büdcəyə uyğun obyektlərə rast gəlmək mümkündür. Qış idman növləri üçün Uludağı seçən ziyarətçilər xizəklə yanaşı, snoubord, böyük ayaq, buz konkisi və qar motosikleti kimi idman növləri ilə də məşğul ola bilərlər. Burada xizək turu kimi seçimlər də var.

2. Bolu- Kartalkaya
Kartalkaya

Bolu-Kartalkaya qar keyfiyyətinə görə ən yaxşı xizək kurortlarından birinə malikdir. Bölgədə xizək sürmək üçün əlverişli zonaların uzunluğu 1850 metr ilə 2200 metr arasındadır. Obyektdə həmçinin 2 kreslo, 6 teleski və 3 uşaq meydançası var.

3. Ərzurum- Palandöken
Türkiyənin ən böyük xizək kurortu olan Palandöken dünyanın ikinci ən uzun və ən dik xizək enişinə malikdir. Bundan əlavə şəhər mərkəzindən cəmi 7 km məsafədə yerləşdiyi üçün bir çox xizək kurortlarından daha üstündür. Bu xüsusi mərkəz bütün bu xüsusiyyətləri ilə tez-tez beynəlxalq təşkilatlara ev sahibliyi edir.

4. Kayseri- Erciyes
Türkiyədə qış turizmi dedikdə ilk ağla gələn yerlərdən biri olan Erciyesdə 3917 metrlik zirvədən 10%-dən 50%-ə qədər yamaclı yollarda xizək sürə bilərsiniz. Heliski və ski-pass kimi qış idman növlərinə bölgədə çox üstünlük verilir.

5. Kocaeli-Kartepe
İstanbula yaxınlığına görə qış idman növləri üçün tez-tez seçilən Kartepe, bənzərsiz təbiəti, yolları, müasir kanat yolları və telesiyej sistemləri ilə diqqət çəkir. Süni qar sistemlərinin də yer aldığı mərkəz İstanbula yaxın bir qış tətili axtaranlar üçün son dərəcə uyğun bir yerdir.

6. Bansko-Bolqarıstan
Bansko

Türkiyədə qış idman destinasyonlarından sonra dünyadakı bölgələrdən danışaq, Bolqarıstanın əhəmiyyətli xizək kurortlarından biri olan Bansko ölkəmizə yaxınlığı ilə seçilir. Rayonda 75 km uzunluğunda, baxımlı yollar var. Üstəlik, nəqliyyat olduqca asandır və digər xaricdəki seçimlərlə müqayisədə çox aşağı büdcəli tətil variantları təklif edir.

7. Hintertux - Avstriya
Avstriyadakı Hintertux buzlaqı il boyu qarla örtüldüyü üçün bütün fəsillərdə xizək sürmək üçün rahatlıqla seçilə bilər. Bundan əlavə, xüsusiyyətlərinə görə dünyada ən çox seçilən iki və ya üç mərkəzdən biri olaraq görülür.

8. Les 3 Vallées, Fransa
Courchevel, Meribel və Belleville kimi əhəmiyyətli xizək kurortlarını birləşdirən Three Valleys 600 km uzunluğunda pisti ilə dünyanın ən böyük xizək kurortlarından biridir. Bölgəyə dünyadan yüksək təbəqələr üstünlük versə də, müxtəlif büdcələr üçün seçimlər də mövcuddur.

9. Les 4 Vallées, İsveçrə
Fransanın Üç Vadisi kimi, İsveçrənin Dörd Vadisi də Verbier, la Tzoumaz, Nendaz, Veysonnaz və Thyon xizək kurortlarını birləşdirir. Region iddialı trekləri ilə dünyanın ən əhəmiyyətli sürət yarış mərkəzlərindən biridir. Bu səbəbdən, xüsusilə yüksək səviyyəli xizəkçilər tərəfindən seçilir.

BƏS, AZƏRBAYCAN?

Son illərdə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ildə respublikamıza dünyanın 187 ölkəsindən 2085,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Respublikamızın müxtəlif bölgələrində turizmin fərqli növləri, (sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi) inkişaf edib.

Ölkəmizdə üç qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Qəbələdə yerləşən "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi, Qusarda "Şahdağ" Qış-Yay Turizm Kompleksi və Naxçıvanda Şahbuz rayonundakı "Ağbulaq İstirahət Mərkəzi"dir.

Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən və ilk dağ-xizək kurortu olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən fərqlənir və ilboyu fəaliyyət göstərir. Həmçinin "Şahdağ" Qış-Yay Turizm Kompleksi və "Tufandağ" Dağ-Xizək Kompleksinə yerli və xarici ölkə, xüsusilə də Körfəz ölkələrinin vətəndaşları tərəfindən böyük maraq var. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən "Şahdağ" turizm kompleksinin ərazisi 2058 hektardır. "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının istifadəyə verilməsi də turistlərin istirahətinə daha geniş imkanlar yaradır. Eləcə də Qusar və Qəbələdə yaradılan istirahət guşələri onu göstərir ki, Azərbaycan qış turizminin təşkili baxımından hər cür imkana malik ölkələrdəndir.

2023-cü il Şahdağ turu qiymətləri 1 nəfər üçün:

Ekonom paket 22 AZN

Standart paket 27 AZN

Full paket 35 AZN

Turun qiymətinə daxildir:

Səhər yeməyi standart vı full paketdə

Axşam yeməyi full paketdə

Nəqliyyat 20-50 nəfərlik

Peşəkar tur rəhbəri

Limitsiz çay

Musiqili əyləncə

Qeyd edək ki, bu qiymətlər 50 nəfərlik nəqliyyat üçün hazırlanıb və yalnız gediş-gəliş üçündür. Yəni, gecələmə yoxdur.

Şahdağ MACARA turu 1 nəfər üçün:

Həftə içi 2 gün 99AZN

Həftəsonu 2 gün 109 AZN

3 günlük 169 AZN

Turun qiymətinə daxildir:

Səhər yeməyi

Nəqliyyat 20-50 nəfərlik

Peşəkar tur rəhbəri

SPA mərkəzdən istifadə

Uşaqlar üçlün qapalı hovuz

Ödənişsiz təqdim olunan bir sıra oyun və əyləncələr

TUFANDAĞ TURU

Ekonom paket 22 AZN

Standart paket 27 AZN

Turun qiymətinə daxildir:

Səhər yeməyi (restoranda)

Transfer VİP (50 nəfərlik)

Peşəkar tur rəhbəri

Limitsiz çay

Tufandağ kompleksinə giriş

Gəzintilər

Disko

6 yaşa kimi uşaqlar üçün ödənişsiz (yer tutmamaq şərti ilə)

Şahbuz rayonundakı "Ağbulaq İstirahət Mərkəzi"

Pistə giriş 10 AZN

Kanat xətti bir istifadə 5 AZN

Kanat xətti günlük 20 AZN

Dəbilqə GÜNLÜK 5 AZN

Eynək GÜNLÜK 5 AZN

Gödəkçə GÜNLÜK 5 AZN

Papaq GÜNLÜK 5 AZN

Şalvar GÜNLÜK 5 AZN

Ayyaqqabı GÜNLÜK 20 AZN

Xizək dəsti GÜNLÜK 20 AZN

XİZƏK geyim dəsti GÜNLÜK 20 AZN

Kirşə 1 saat 10 AZN

Kirşə 2 saat 12 AZN

Motor turu 1 nəfər-1 tur-8AZN

Motor turu VİP 1 nəfər - 1 tur - 30 AZN

Dırmanma divarı 10 dəqiqə 3 AZN, 20 dəqiqə 6 AZN, 30 dəqiqə 9 AZN.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Yanvar 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see577

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see506

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see358

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see351

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see339

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see314

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see313

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see295

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see283

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see270

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see248

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see247

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see244

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see243

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see242

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see240

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see234

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see230

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see219

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri