Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon üzrə nümayəndəsi Möhlət Nəzərov dünyasını dəyişib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 1966-ci ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş Möhlət Salman oğlu Nəzərov 58 yaşında qəflətən ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, M.Nəzərov Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərovun qardaşıdır.
Oxu.az

Azərbaycanda vəzifəli şəxs vəfat etdi
18 Noyabr 2024 11:45

