Azərbaycanda vəziyyət necə dəyişib? ARTIMLAR AÇIQLANDI
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin ilk 9 ayında Azərbaycanda iqtisadi artım qeydə alınıb. Ölkədə ümumi daxili məhsul istehsalı 1,5 faiz, qeyri-neft-qaz sektorunda əlavə dəyər isə 2,6 faiz artıb.
Bu barədə “Yeni Sabah”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz çoxdur. pizza mizza
Hesabat dövründə qeyri-neft-qaz ÜDM-i 2,6 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı isə 1,1 faiz artıb. Eyni zamanda, əsas kapitala yönəldilmiş investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz yüksəlib.
Ölkənin strateji valyuta ehtiyatlarında da artım qeydə alınıb. Belə ki, 2026-cı il sentyabrın 30-na Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard 380,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni tarixi ilə müqayisədə 9,7 faiz çoxdur.
Dövlət Statistika Komitəsi iqtisadiyyatın real sektoru, dövlət maliyyəsi, bank sektoru, əməkhaqqı, inflyasiya və digər makroiqtisadi göstəricilərlə bağlı ətraflı məlumatları da açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















