Icma.az
close
up
RU
Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq Ekoloq

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq Ekoloq

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Son illərdə yaz mövsümü başlasa da, havaların nisbətən daha soyuq keçməsinin şahidi oluruq. Xüsusilə yağıntılı günlərin artdığı müşahidə olunur. Artıq aprel ayının ortaları olsa da, hələ də respublika ərazisində qar, güclü yağışlar və hətta dolu düşməsi müşahidə olunur.

Bəzi hallarda bu vəziyyət iqlim dəyişiklikləri ilə əlaqələndirilsə də, Ölkə.Az-a danışan Elm və təhsil nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bu vəziyyətin ölkədə rütubətli dövrün başlaması ilə bağlı olduğunu deyir:

“Azərbaycan ərazisində 70-80-ci illərdəki uzun müddət davam edən quraqlıqdan sonra artıq rütubətli dövr başlayıb. Məsələn, bizim ən quraq ərazimiz Naxçıvan idi, artıq 1-2 ildir rütubət orada 40%-ə qədər artıb. Digər ərazilərdə də rütubətin artdığı müşahidə olunur. 

Xəzər dənizində də suyun səviyyəsinin aşağı enməsi artıq stabilləşib. Yəqin ki, bir neçə illik stabilləşmədən sonra suyun səviyyəsi qalxa bilər. Hələlik tendensiya əvvəlkilərin təkrarıdır. 
Azərbaycan ərazisinə 9 növ hava kütləsi daxil olur. Bakı şəhərinin iqlimi yarımsəhra quru çöl iqlimi, təbiəti də belədir. Başqa cür desək, nisbətən quraq iqlim şəraitinə aiddir. Çoxillik rəqəmlərə əsasən deyə bilərəm ki, ildə təxminən 320-350 mm yağıntı düşür. 
Hazırda göründüyü kimi respublika ərazisinə, o cümlədən də Bakı şəhərinə illik normadan bir neçə dəfə çox yağıntı düşüb. Ucqar dağlıq ərazilərimizdə kifayət qədər qar ehtiyatı yığılıb. Məsələn, Qubanın elə kəndləri var ki, 3-3.5 metrə yaxın qar ehtiyatı yığılıb. Çətinliklər də var, amma bununla bərabər Bakı şəhərinə yağan yağıntılar normadan artıqdır. Bu da bir sıra problemlər yaradır. 

Artıq vəziyyət tamam başqa istiqamətdədir. Yəqin ki, rütubətlənmə dövrü başlayacaq. Bu da bir neçə 10 illik davam edə bilər”. 

Ə.Əliyev havaların yağışlı keçməsinin səbəbini qərbdən və şimal-şərqdən gələn hava axını ilə bağlı olduğunu söyləyib:

“Səbəb ondan ibarətdir ki, bizim ərazimizə Qərbdən yəni Atlantik okeanından gələn rütubətli hava kütlələri hakimdir. Buna biz “azor maksimumu” deyirik. Şimal-şərqdən gələn Sibir antisiklonunun soyuq hava kütlələri də yağıntıları xeyli artırır. Bu yağıntılar gördüyünüz kimi bizim ərazimizlə bərabər Aralıq dənizinin bir sıra ölkələri kimi hətta İranın da bir sıra sahələrinə rütubət gətirməkdədir. Şimal-şərqdən soyuq və isti hava kütlələrinin bir-biri ilə toqquşması nəticəsində dolu, güclü yağışlar yağır. 
Bu hava kütlələrinin təsiri nəticəsində yağıntıların düşməsini normal qəbul etmək olar, amma əvvəlki illərə nisbətən rütubət gətirməsi təbii ki, müəyyən fəsadlara da səbəb olur”. 

Ə.Əliyev qışın sonu, yaz mövsümünün başlanğıcında yağıntılı hava şəraitinin ölkəmiz üçün xarakterik olduğunu söyləyib:

“İndi yazöncəsidir. Quraqlıq dövründə də bu vaxtlar yağıntı nisbətən çoxalırdı, amma indi kifayət qədər yağıntı artıb. Bu yağıntılar təkcə bizi yox, Türkiyə, İsrail və İran təbiətinə də rütubətləndirici təsir göstərir. Çünki onlar da quraqlıdan müəyyən qədə əziyyət çəkiblər. Azərbaycan ərazisinə qışın sonu yazın əvvəlində və yazın sonu yayın əvvəlində çox yağıntılar düşür.
Bizim quraqlıq dövründə kifayət qədər problemimiz oldu. Yağıntılar dövründə isə səth sularını anbarlara toplaya bilsək, kənd təsərrüfatı və məişətdə problemlərimiz olmayacaq”.

Ə.Əliyev ötən gün Bakı və Abşeron yarmadasının bəzi ərazilərinə dolu düşməsindən də söz açıb:

“Dünənki dolu yağışı qısamüddətli idi və elə də qorxulu olmadı. Narahat olmağa dəyməz. Bakı və Abşeron yarmadasında belə hava şəraiti təsadüfi hallarda olur. Dediyim kimi bu, şimal-şərqdən və qərbdən gələn hava axınlarının toqquşması nəticəsində yaranmışdı”.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Aprel 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri