Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Azərbaycanda virus yayılıb: Yoluxmayan varsa bunu etsin! XƏBƏRDARLIQ

Azərbaycanda virus yayılıb: Yoluxmayan varsa bunu etsin! XƏBƏRDARLIQ

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Son günlər əhali arasında güclü qrip yayılıb. Bir çoxları iddia edir ki, bu virus koronavirusun bir növüdür. Xəstəliyə tutulan şəxslər də bu prosesi çox ağır keçirdiklərini söyləyirlər. Bəs deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?

Sözügedən vəziyyətlə bağlı “Yeni Sabah”a açıqlama verən həkim, infeksionist Aytən Ziyadova durumun nə yerdə olduğuna aydınlıq gətirib:

“Qeyd edim ki, son dövrlərdə əhali arasında yayılan qrip və ya qripə bənzər simptomlar həqiqətən də narahatlıq doğurur. Lakin, bu virusun koronovirusun bir növü olduğunu demək doğru olmaz. Bu günlərdə ən çox rast gəlinən soyuqdəymə və qrip əlamətləri daha çox adi qrip və ya digər respirator xəstəliklər ilə bağlıdır. Hər iki xəstəlik, xüsusilə soyuq havalarda, əhali arasında tez yayıla bilər. Qrip virusu, insanlarda yuxarı tənəffüs yollarını təsir edən bir infeksiyadır və çox vaxt yüksək temperatur, boğaz ağrısı, baş ağrısı, öskürək və bədəndə ağrılarla müşayiət olunur. Koronavirus (COVID-19) isə fərqli bir virusdur və əksər hallarda daha ağır təsirlər göstərir, xüsusən tənəffüs çatışmazlığına səbəb ola bilər.

Son günlər müşahidə olunan simptomların ağır keçməsi, bir neçə faktora bağlıdır: yüksək təsirli yeni virus suşları, orqanizmin zəifləməsi, daha çox yayılma və bəlkə də mövsümi dəyişikliklər. Bu səbəbdən, qripə qarşı vaksinasiyanın vacibliyi və xəstəliyə tutulanların müalicə üçün vaxtında həkimə müraciət etməsi önəmlidir”.

Həkim yayılan xəstəlikdən qorunma yolları haqqında da məlumat verib:

“Həm qrip, həm də COVID-19 üçün vaksinlər mövcuddur və bunlar infeksiyaların yayılmasının qarşısını almağa kömək edir. Həmçinin, əllərin tez-tez yuyulması və maska taxılması da çox əhəmiyyətlidir. Xüsusən xəstəlik simptomları varsa, insanlarla yaxın təmasdan qaçmaq lazımdır. Yaxşı qidalanma, kifayət qədər yuxu və fiziki fəaliyyət orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir. Qrip və digər respirator xəstəliklər üçün çoxsaylı müalicə üsulları mövcuddur, amma əgər bir şəxs ağır simptomlar göstərirsə, həkim müalicəsinin düzgün tətbiq edilməsi vacibdir. İmmuniteti gücləndirmək üçün xüsusi dərmanlar və vitaminlər təyin oluna bilər. Əgər koronavirus şübhəsi varsa, testlər və müvafiq tibbi prosedurlar təklif ediləcək. Unutmayın ki, hər hansı bir ciddi xəstəlik əlamətləri olduqda, dərhal həkimə müraciət etmək vacibdir”.

Aytən Ziyadova hazırda qripin, İnfluenza virusunun A ştammının daha çox yayıldığını da bildirib:

“İnfluenza A (qrip A) virusu, qrip xəstəliyinin ən geniş yayılmış və ən çox təsir edən növüdür. İnfluenza A, insanlarda, heyvanlarda və digər canlılarda infeksiyaya səbəb ola bilər. Bu virus tənəffüs sistemi üzərində təsir göstərir və mövsümi qrip epidemiyalarına yol açar. İnfluenza A, xüsusilə mövsüm dəyişiklikləri zamanı, qış və yaz aylarında daha çox yayılaraq ciddi xəstəliklərə səbəb ola bilər.

İnfluenza A virusu, həm H, həm də N adlandırılan iki əsas proteindən ibarətdir. H (hemaglutinin) və N (neyraminidaz) zülalları virusun hüceyrələrə bağlanmasını və yayılmasını təmin edir. Bu zülalların müxtəlif kombinasiyaları yeni və daha təhlükəli suşların yaranmasına səbəb ola bilər. Virus, infeksiyaya yoluxmuş şəxslərin öskürək və ya asqırıqla yaydığı damcılar vasitəsilə, həmçinin əşyalar və səthlər üzərində uzun müddət qalan virus hissəcikləri ilə yayılır. Bu səbəbdən, əllərin tez-tez yuyulması və maska taxılması tövsiyə edilir. İnfluenza A-nın əsas simptomları arasında yüksək hərarət (40°C-yə qədər), baş ağrısı, boğaz ağrısı, əzələ ağrıları, yorğunluq, öskürək, burun tutulması, bəzən mədə-bağırsaq problemləri (mədə bulantısı, qusma, ishal) yer alır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri