Ağ Evin yanında atəş açan şəxs Əfqanıstanda MKİ ilə əməkdaşlıq edib
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağ Evin yaxınlığında Milli Qvardiya əsgərlərinə atəş açmaqda şübhəli bilinən 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Laqanval öz ölkəsində ABŞ hökuməti, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff bildirib.
“ABŞ-nin 46-cı prezidenti Co Bayden tərəfindən qoşunların Əfqanıstandan fəlakətli şəkildə çıxarılmasının ardınca, atıcının 2021-ci ilin sentyabrında ABŞ-yə daxil olması onun xaotik evakuasiyadan qısa müddət sonra dayandırılan Qəndəharda ortaq qüvvələrin bir hissəsi kimi ABŞ hökuməti, o cümlədən MKİ ilə əvvəlki işi sayəsində mümkün olub”, - məlumatda deyilib.
“Reuters” qeyd edir ki, Laqanval ABŞ-də ölkədəki müharibə zamanı Amerika tərəfinə kömək edən və Taliban tərəfindən təqiblərdən qorxan minlərlə əfqanın yerləşdirilməsinə yönəlmiş xüsusi proqram çərçivəsində gəlib. Ümumilikdə, bu proqram çərçivəsində ABŞ-yə 70,000-dən çox insan gəlib.
Xatırladaq ki, Ağ Evin yaxınlığında atışma noyabrın 26-da baş verib. Şübhəli Rəhmanullah Lakanval iki Milli Qvardiyanın əsgərini, özü də cavab atəşi ilə yaralanıb. Atıcı və əsgərlər xəstəxanaya yerləşdirilib. Vaşinqtonda baş verən atışmadan sonra ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti Əfqanıstan vətəndaşları üçün bütün müraciətlərə baxılmasını qeyri-müəyyən müddətə dayandırıb.
Bu mövzuda digər xəbərlər:Vaşinqtonda atışma: Hücum edən şəxsin Əfqanıstanda MKİ agenti olub
27 Noyabr 2025 15:38
İsrail səfirliyinin yanında atəş açan şəxs zərərsizləşdirildi
24 Noyabr 2024 10:12
Naməlum şəxs Ağ Evin hasarına çıxdı FOTO
05 Fevral 2025 15:19
Ağ Evin yanında ŞOK ƏMƏLİYYAT: Agentlər tərəfindən ÖLDÜRÜLDÜ
10 Mart 2025 16:51
İsrailin İordaniyadakı səfirliyinin yanında atəş açan şəxs zərərsizləşdirilib
24 Noyabr 2024 07:31
Baxış sayı:71
Bu xəbər 27 Noyabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















