ABŞ də iki əsgəri yaralayan Əfqanıstan vətəndaşını ömürlük həbs cəzası gözləyir
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-də çərşənbə günü baş verən atışmada Milli Qvardiyanın iki əsgərini yaralayan Əfqanıstan vətəndaşını ömürlük həbs cəzası gözləyir.
Moderator.az xəbər verir ki, bunu ABŞ-nin baş prokuroru Pam Bondi bildirib.
"Yaralıların hər ikisi əməliyyat olunub. Hazırda onların vəziyyəti ilə bağlı açıqlama verməyəcəyəm. Yenə də onların sağalması üçün dua edirik" - Bondi deyib.
Xatırladaq ki, ABŞ Milli Qvardiyasının əsgərlərinə hücum çərşənbə günü Vaşinqtonun mərkəzində, Ağ Evin yaxınlığında baş verib.
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın əsgərlərinə hücumu “terror aktı” adlandırıb.
Trampın sözlərinə görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hücumçunun ABŞ-yə 2021-ci ildə Əfqanıstandan gəldiyinə əmindir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Noyabr 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















