Icma.az
close
up
RU
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bu gün ölkəmizdə “yaşıl bina” anlayışının lazımı səviyyədə inkişaf etdirilməsi istiqamətində müəyyən ləngimələrin olduğunun şahidiyik. Bu sahədə konkret standartlar və stimullaşdırıcı mexanizmlər yetərincə inkişaf etməyib. Tikinti proseslərində enerji effektivliyi nəzərə alınsa da, bu, əsas prioritetlərdən biri hesab olunmur.

Hazırda ölkədə “yaşıl bina” statusuna malik olan tikililərin sayı barmaqla sayılacaq qədərdir və onların da əksəriyyəti dövlət və ya iri özəl qurumlara məxsusdur. Dövlət bu istiqamətdə kifayət qədər təşviqetmə kampaniyası təşkil etsə də, vətəndaşların, eləcə də müəssisə sahiblərinin “yaşıl bina”lara marağı heç də arzuolunan səviyyədə deyil.

Bəs ölkədə tikilən binaların enerji effektivliyi nə dərəcədə təmin olunur?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda “yaşıl bina” anlayışı, demək olar ki, ümumiyyətlə formalaşmayıb:

“Faktiki olaraq, bu istiqamətdə yalnız bir bina inşa edilib – Ağ şəhərdə yerləşən və bildiyimə görə, “Paşa Bank” tərəfindən istifadə olunacaq bina. COP29 üçün nəzərdə tutulan inzibati bina da məhz həmin tikili idi.

Yaşıl texnologiyaların tətbiqi hazırda kifayət qədər baha başa gəlir və onların praktiki istifadəsi demək olar ki, çox aşağı səviyyədədir. Məhz bu səbəbdən tikinti şirkətləri belə layihələrə maraq göstərmirlər.

Son zamanlar isə parlamentdə məhəllədaxili qazanxanaların tətbiqini nəzərdə tutan layihələrə baxılır. Lakin bu məsələdə də tərəddüdlər mövcuddur. Səbəb odur ki, gələcəkdə digər binalar həmin mərkəzi qazanxanalara qoşularaq vahid sistemlə idarə oluna bilər və bu da texniki və inzibati baxımdan əlavə çətinliklər yarada bilər”.

Ekoloq Qorxmaz İbrahimovun fikrincə isə, “yaşıl bina” anlayışı olsa da, bunu hələ biz öz kültürümüzdə oturtmamışıq:

“Bilirsiniz, bizdə daha çox kampaniyaçılıq yayqındır. Qurumların elm, tədris, sivil toplum, aydınlar və mətbuatla bağlılığı olmadığına görə, öz istəkləri və dünyada gördüklərini tətbiq etməklə hərəkət edirlər. Belə olmaz. Hər şey ölkəmizdə müxtəlif beyin mərkəzlərində hazırlanıb, təklif edilməlidir. Ona görə də geridən başlayırıq. Bizə bəzən elə gəlir ki, dünyada yaşıl enerjiyə və digər sıfır emissiyalı layihələrə yalnız biz ilk olaraq başlayırıq. Amma bəzi ölkələr bu mövzuda çox irəlidədir. “Yaşıl ev” layihəsində də irəliləyişlərimiz görünməkdədir. Buna sevinirəm”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri