Icma.az
close
up
RU
Gəncə şəhəri niyə ölkənin kriminal mərkəzinə çevrilib? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Gəncə şəhəri niyə ölkənin kriminal mərkəzinə çevrilib? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Mayın 12-də Gəncə şəhərində dəhşətli hadisə baş verib. 18 yaşlı Elgün İbrahimov ağır xəsarətlərlə şəhərin tərk edilmiş yataqxana həyətində tapılıb və qısa müddət sonra xəstəxanada həyatını itirib.
Avtosfer.az xəbər verir ki, bu cür hadisələr son dövrlərdə cəmiyyətin gənclər arasında zorakılıq halları ilə bağlı narahatlığını artırır.

Belə faktlar fonunda diqqət çəkən bir məqam var: Hafisələrin daha çox Gəncə və ona qonşu şəhərlərdə baş verməsi. Küçədə adam döyülür, azyaşlı qızlar qaçırılaraq Gəncəyə aparılır, başqa bir yetkinlik yaşına çatmayan qızın ailəsi televiziyada qızlarını axtardıqlarını deyir, ortaya çıxır ki, qız qoşulub bir oğlana və Gəncəyə qaçıb. Niyə? Gəncə nə baş verir ki, bu şəhərdə cinayətlər bu qədər artmaqdadır? Azərbaycanın təhlükəli zonası olacaq qədər hansı boşluqlar yaranıb ki, Gəncə kriminal dünyanın mərkəzinə çevrilib?


Mövzu ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı saytımıza açıqlamasında bildirib ki, Bakı şəhərində nəzarət və təhlükəsizlik tədbirləri daha güclü olduğu üçün kriminal qrupların burada rahat fəaliyyət göstərməsi çətindir:
“Bu səbəbdən ölkənin ikinci böyük şəhəri olan Gəncəyə toplaşmaları ehtimal olunur. Gəncə böyük şəhər olduğuna görə burada həm insan sıxlığı, həm də nəzarətin nisbətən zəifliyi kriminal vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan, oradakı cinayət hallarının artması təəccüblü deyil”.
Sosioloq qeyd edir ki, kriminal hadisələrin və narkomaniyanın artması təkcə şəhərlə və coğrafi məkanla bağlı deyil, daha çox sosial və mənəvi səbəblərlə əlaqəlidir:
“Əsas səbəblərdən biri ailədə və cəmiyyətdə düzgün tərbiyə mühitinin formalaşmamasıdır. Yeniyetmələrin və gənclərin vaxtlarını səmərəli keçirmələri üçün imkanların olmaması onları boşluğa və nəticədə zərərli vərdişlərə yönəldə bilər. Sovet dövründə uşaqlar üçün yaradıcı və idman mərkəzləri mövcud idi. Hər kəs müxtəlif dərnəklərə, idman klublarına cəlb olunurdu və bu, onların həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir edirdi. İndi isə bu imkanlar pulludur və bir çox ailələr üçün əlçatan deyil".
Sosioloqun fikrincə, bu vəziyyət gənclərin nəzarətsiz qalmasına və kriminal qruplara meyil etməsinə şərait yaradır.
“Problemin həlli üçün dövlətin xüsusi proqramlar həyata keçirməsini vacibdir. Uşaqlar və gənclər üçün pulsuz və əlçatan idman, yaradıcılıq və inkişaf mərkəzləri yaradılmalıdır. Bu, onların enerjilərini düzgün istiqamətə yönəldə bilər. Unutmamalıyıq ki, məşhur bir söz var: Ehtiyac cinayətin anasıdır. Sosial-iqtisadi problemlər, işsizlik və yoxsulluq insanları qeyri-qanuni yollara sürükləyir. Əgər bir ölkədə sosial rifah yüksəkdirsə, orada cinayət halları da minimum səviyyədə olur”.


Məsələnin psixoloji tərəfləri ilə əlaqədar Aygün Məlikova saytımıza bildirib ki, küçədə baş verən qətl hadisələri cəmiyyətdə yeni hal deyil. 
“Bu cür cinayətlərin indi daha geniş rezonans doğurmasının əsas səbəblərindən biri sosial şəbəkələrin və informasiya axınının güclənməsidir. Əslində küçədə qətl hadisələri ilk dəfə deyil baş verir. İnsanlar hər bir yerdən məlumat alma azadlığına sahibdirlər və baş verən hadisələri dərhal əldə edə bilirlər. Yaşından asılı olmayaraq, istər 18 yaşında, istərsə də daha böyük və ya daha kiçik yaşda olsun, bir insanın digərinə qəsdən əzab verərək onu öldürməsi artıq “sosiopatik” davranışa işarə edir. Bu antisosial davranış pozuntusudur. Belə insanlar qarşısındakı şəxslə empati qura bilmirlər, qan görməkdən, zərər verməkdən zövq alırlar. Hər birimiz həyatımızda müəyyən uğursuzluqlar yaşayırıq, aqressiya hissi keçirə bilərik. Lakin bu aqressiya bizi birini öldürəcək həddə gətirmir".
Aygün Məlikova qeyd edir ki, bu cür şəxslər ətraf üçün ciddi təhlükə mənbəyidir:
“Bu insanlar empatiya qurma bacarığından məhrumdurlar. Qan görmək və zərər vermək onları rahatlaşdırır. Bu isə onların təhlükəli şəxs kateqoriyasına aid olduğunu göstərir. Əminəm ki, bu onların ilk belə hərəkəti deyil. Araşdırılsa, həmin şəxsin daha əvvəl dəfələrlə şiddət göstərdiyi məlum olacaq. Sadəcə bu dəfə şiddətin nəticəsi çox ağır olub və 18 yaşlı bir gənc həyatını itirib. Bu tip halların qarşısının alınması üçün cəmiyyətdə psixoloji maarifləndirmə artırılmalı, aqressiv və davranış pozuntusu göstərən şəxslərlə bağlı qabaqlayıcı tədbirlər görülməlidir”.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri