Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Bağçalarda peşəkar tərbiyəçi tapmaq niyə müşkülə çevrilib? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Bağçalarda peşəkar tərbiyəçi tapmaq niyə müşkülə çevrilib? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Son illərdə məktəbəqədər təhsil sahəsində müəyyən islahatlar aparılsa da, hələ də bir sıra problemlər mövcuddur. Bu il hansısa faktla bağlı məlumat olmasa da, əvvəlki illərdə ölkəmizdəki bağçalarda tərbiyəçilərin davranışları cəmiyyətdə narazılıq yaradıb. 

Bəs hazırda bağçalarda tədris və tərbiyənin vəziyyəti necədir? Sağlam düşüncəli və savadlı tərbiyəçi tapmaq niyə problemə çevrilir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, məktəbəqədər təhsil sistemində əvvəllər mövcud olan problemlər son illərdə aparılan islahatlar sayəsində tədricən aradan qaldırılır:

“Bir neçə il öncəyə qədər bu sahədə ciddi çatışmazlıqlar müşahidə edilirdi. Lakin dövlət başçısının sərəncamına əsasən, məktəbəqədər təhsil müəssisələrinin idarəçiliyi yerli icra hakimiyyətlərindən alınaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.

İcra hakimiyyətlərinin nəzarətində olduğu dövrdə işə qəbul prosesi qeyri-şəffaf və sistemsiz şəkildə həyata keçirilirdi. Sorğular və müşahidələr göstərirdi ki, əksər hallarda müvafiq ixtisası olmayan şəxslər baxçalara müəllim kimi işə götürülürdü. Azərbaycan dili, fizika kimi fənlərin müəllimlərinin, hətta ali təhsili olmayan və ya pedaqoji ixtisası olmayan şəxslərin məktəbəqədər təhsil müəssisələrində işləməsi geniş yayılmışdı. Bu isə tərbiyə və təhsil prosesinin keyfiyyətinə ciddi zərər vururdu.
Bağçaların Elm və Təhsil Nazirliyinin tabeliyinə keçməsi ilə müəyyən islahatlar həyata keçirilməyə başladı. Bu islahatlar nələrdən ibarətdir? Hazırda şagirdlərin qəbulu onlayn sistem vasitəsilə həyata keçirilir. Eyni zamanda, baxçalara müəllimlərin işə qəbulu üçün yeni imtahan sistemi tətbiq edilir. Gələcəkdə isə bağça müəllimlərinin sertifikatlaşdırılması prosesi nəzərdə tutulur. Bu prosesə start verildikdən sonra təxminən 2000 nəfər bağça işçisinin 60%-nin ixtisara düşəcəyi ehtimal edilir. Bunun əsas səbəbi ondan ibarətdir ki, hazırda bağçalarda çalışan bəzi şəxslər Nazirlər Kabinetinin müəyyən etdiyi standartlara cavab vermir. Yeni qaydalara əsasən, yalnız məktəbəqədər təhsil üzrə ali və ya orta ixtisas təhsili olan şəxslər tərbiyəçi-müəllim kimi fəaliyyət göstərə biləcəklər. İşə qəbul və sertifikatlaşdırma prosesində bu kriteriyalar əsas götürüləcək”.

Ekspert əlavə olaraq qeyd edib ki, gələcəkdə bu sistem tam tətbiq edildikdən sonra bağçalarda peşəkar və savadlı tərbiyəçilərə rast gəlmək mümkün olacaq:

“Lakin bunun üçün müəyyən zamana ehtiyac var. Keçmişdə yerli icra hakimiyyətləri tərəfindən işə qəbul prosesi qohumbazlıq və tanışlıq prinsipləri əsasında həyata keçirildiyi üçün hazırda bağçalar hələ də qeyri-peşəkar kadrların təsiri altındadır.

Savadlı tərbiyəçi-müəllimlərin olmaması valideynlər arasında etimadsızlıq yaradıb. Bu etimadsızlıq illər ərzində valideynlərdə travmaya çevrilib. Çünki bəzi hallarda baxça müəllimləri uşaqlara qarşı şiddət göstərir, onlara laqeyd yanaşırdı. Bu cür hadisələr valideynlərin məktəbəqədər təhsildən uzaqlaşmasına səbəb olmuşdu”.

Elçin Əfəndi sonda qeyd edib ki, lakin son illərdə aparılan islahatlar və təbliğat kampaniyaları nəticəsində valideynlər arasında bağçaya etimad bərpa olunmağa başlayıb:
“Artıq övladlarının məktəbəqədər təhsil almasında maraqlı olan valideynlərin sayında artım müşahidə edilir.

Məktəbəqədər təhsil sistemində aparılan bu islahatlar uşaqların sağlam və keyfiyyətli təhsil alması üçün vacib addımlardır. Gələcəkdə də bu sahədə inkişaf və irəliləyişlərin davam edəcəyi gözlənilir”.

Məktəbəqədər təhsil eksperti Xalidə Həmidovanən fikrincə, Azərbaycanda məktəbəqədər təhsil sahəsində dünya standartlarına uyğunlaşdırılmış proqramlar mövcuddur:

“Bu proqramlar xüsusi ekspert qrupu tərəfindən hazırlanaraq təhlükəsizlik və keyfiyyət standartlarına uyğunlaşdırılıb. Azərbaycanda məktəbəqədər təhsil haqqında qanunlar çərçivəsində bu proqramların tətbiqi həyata keçirilir. Hazırda ölkədə bütün uşaqların məktəbəqədər təhsil almasını təmin edəcək qədər uşaq bağçası mövcud deyil. Bu sahədə əsas problem bağçaların sayının az olması və mövcud bağçaların standartlara tam cavab verməməsidir. Bakıda yeni binaların tikilməsindən çox uşaq bağçalarının sayının artırılması daha vacibdir.

Bağçaların yüksək xərc tələb etməsi alternativ variantların tətbiqini zəruri edir. Bu alternativlər arasında ailə qayğı mərkəzləri, məktəbə hazırlıq qrupları və digər tədris müəssisələri yer alır. Məktəbəqədər təhsilin təşkili ilə bağlı bütün prosedurlar davam etdirilir və bu sahədə inkişaf müşahidə olunur. Lakin keçmişdə idarəetmə sistemindəki boşluqlar səbəbindən bəzi bağçalar tədris prosesindən kənarda qalmışdı. Bu bağçaların yenidən fəaliyyətə qaytarılması və tədris sisteminə inteqrasiya edilməsi hazırda qarşıda duran əsas məsələlərdən biridir.

Bağçalarda çalışan tərbiyəçi-müəllimlərə gəldikdə, onların arasında savadlı və peşəkar kadrların çox olduğunu nəzərə almaq vacibdir. Bir neçə qeyri-peşəkarın varlığına görə on minlərlə tərbiyəçi-müəllimin fəaliyyətinə kölgə salmaq düzgün deyil. Unutmaq olmaz ki, bağça müəllimləri yalnız təhsil vermir, həm də uşaqların tərbiyəsi və qayğısı ilə məşğul olurlar. Valideynlər evdə bir uşağa tərbiyə və qayğı göstərməkdə çətinlik çəkirsə, tərbiyəçi-müəllimlər gündəlik olaraq 20-25 uşağa bu diqqəti göstərməyə çalışırlar. Onların işi yalnız dərs deməkdən ibarət deyil, uşaqların sosial bacarıqlarını inkişaf etdirmək, onlara mənəvi dəyərlər aşılamaq və sağlam mühit yaratmaq kimi mühüm vəzifələri əhatə edir”.

Ekspert əlavə olaraq qeyd edib ki, bu gün ölkədə 10 mindən çox bağça müəllimi fəaliyyət göstərir:

“Onların hər biri müxtəlif ailələrdən, fərqli mədəni mühitdən gələn uşaqlarla işləyir və hər gün onların təlim-tərbiyəsinə töhfə verir. Uşaqların erkən yaşlarında formalaşan vətənpərvərlik, insanpərvərlik, tolerantlıq və sosial bacarıqların inkişafında bağçaların rolu böyükdür. Keçmişdə məktəbəqədər təhsilə kifayət qədər diqqət ayrılmasaydı, bu gün ölkəmizdə vətənpərvər və milli ruhda yetişmiş gənclər də olmazdı. Bağçalar yalnız təhsil ocaqları deyil, həm də gələcəyin vətəndaşlarının formalaşdığı mühüm tərbiyə müəssisələridir. Buna görə də tərbiyəçi-müəllimlərin əməyinə hörmətlə yanaşmaq vacibdir”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see352

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see293

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see268

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see265

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see234

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see231

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see217

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see204

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see200

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see195

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see183

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see181

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see181

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see131

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see130

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see128

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri