Icma.az
close
up
RU
Avtobusda sərnişinlər sürücülərə niyə hücum çəkir? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Avtobusda sərnişinlər sürücülərə niyə hücum çəkir? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

İctimai nəqliyyatda sərnişinlərin artan aqressiyası son dövrlərdə geniş yayılmağa başlayan və hər kəsin diqqətini çəkən bir məsələdir. Gündəlik həyatın tələbləri, iş və şəxsi həyatda yaşanan çətinliklər, təzyiqlər və tıxaclar insanlar arasında qarşıdurmaların artmasına səbəb olur. Sıxlıq, gözləmə vaxtlarının uzanması və hətta kiçik bir narahatlıq belə, bəzən böyük gərginliklərə yol açır. Bu vəziyyət ictimai nəqliyyat vasitələrinin çoxsaylı istifadəçilər tərəfindən eyni anda paylaşılması ilə daha da kəskinləşir.

İndi isə bu gərginliyin əsas səbəblərini araşdıraq: İnsanlar niyə daha çox gərginləşir və bu, nə ilə əlaqəlidir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elmədin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda aqressiv münasibətlər hər ötən gün daha da artır:

“Bunun səbəbi həm sürücü ilə sərnişinlər, həm də sərnişinlərin öz aralarında yaranan gərginlikdir. Metroda da, taksidə də, digər ictimai nəqliyyat növlərində, xüsusilə avtobuslarda da bu vəziyyət təxminən eyni şəkildə müşahidə olunur. Belə bir vəziyyətin yaranmasının səbəbi, həm sürücülərin iş rejimi ilə bağlı çətinliklər, həm də sərnişinlərin aqressiv münasibət və davranışları ilə bağlıdır.

Metroda sıxlıq yarananda sərnişinlər metordakı düymələrə basır, maşinistlə söhbət edirlər, qapıları tutub saxlayırlar, bir-birini itələyir, gecikmələrə səbəb olurlar. Bu səbəbdən müəyyən gərginlik yaranır, çünki interval qorunmur, sərnişinlər gecikir və polis yoxlamalar aparanda gecikmələr daha da artır.
Avtobuslarda da vəziyyət oxşardır. Dayanacaqlarda uzun müddət gözləyən insanlar bir neçə dolu avtobus gördükdən sonra bezirlər. Bu vəziyyətdə məcbur olub dolu avtobuslara minirlər və bu da sıxlıq, itələmə və başqa aqressiv münasibətlərin yaranmasına səbəb olur. İşdəki, küçədəki və yoldakı gərginliklər, insanların psixologiyasını pozur.

Keyfiyyətli xidmət tətbiq edilsə belə problemlər tamamilə aradan qalxar. Məsələn, metro stansiyalarının sayı artsa, qatar sayları çoxalsa, bu zaman metroda belə problemlər yaşanmaz. Həmçinin, avtobuslarda interval qısa olsa və sərnişinlər vaxtında mənzil başına çatdırılsa, sıxlıq yaranmaz və aqressiya yaşanmaz”.

Ekspert əlavə olaraq qeyd edib ki, taksidə də eyni şəkildə gərginliklər müşahidə olunur:

“Çünki taksi ictimai nəqliyyatın bir növüdür və burada da aqressiyadan danışmaq lazımdır. Taksi sürücüləri etiraz edirlər ki, qiymətlər aşağıdır. Çünki əvvəllər köhnə “Toyota Prius”larla işləyirdilər və həmin qiymətlər onlara sərf edirdi. İndi isə daha bahalı, yeni avtomobillər alıblar, lakin hələ də eyni qiymətə sərnişin daşıyırlar. Bu da onlara sərf etmir və nəticədə sərnişinlərlə sürücülər arasında gərginlik yaranır”.

Psixoloq Gülnar Orucovanın fikrincə, kütləvi nəqliyyat vasitələrində aqressiyanı son dönəmdə sosial şəbəkələrdə daha çox rast gəlinir:

“İstifadə etməsəm də, nəqliyyat vasitələrini sosial şəbəkələrdə tez-tez rastlaşıram. Ən çox rastlaşdığım məqamlar sərnişinin sürücüyə hücumudur. Aqressiya insanın içində yığılan çiyin, nifrət və bu kimi negativ duyğuların aqressiyaya çevrilməsidir. Aqressiya passiv və aktiv ola bilər. Məsələn, özünü idarə edə bilən insanlar, hisslərinə hakim ola bilən insanlar passiv aqressiv olurlar. Məsələn, buna xüsusilə rəhbər işlərdə işləyənlər, hətta psixoloqların özləri belə passiv aqressiv olurlar.

Onlar heç vaxt aktiv aqressiv olmazlar, yəni qışqırmazlar, bağırmazlar, əsəbləşməzlər. Qarşısındakını mədəni surətdə incitməyə çalışarlar. Amma aktiv aqressiya elə olmur. Qışqırır, birinci təhqir edir, söyüş söyür, alçatmağa çalışır, vurur, sındırır, qırır, dağıdır, axırda da öldürür. Yəni bu, aktiv aqressiyanın təzahürləridir”.

Psixoloq sonda vurğulayıb ki, hər bir insan nə qədər aqressivləşsə də, özünə dur deməyi bacarmalıdır:
“Bunu ictimai nəqliyyatda, insanların çox olduğu məkanlarda etmək qətiyyən düzgün deyil, çünki pis örnək olurlar. Bəzən görürük ki, heç aidiyyatı olmayan bir insan qarşısında aqressiv mövqedə dayanır. Amma əslində bunun səbəbi nədir? Bunun səbəbi onun öz içində olan o fırtınadır”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri