Icma.az
close
up
RU
Azərbaycanda yeni dələduzluq növü: Caller ID Spoofing nədir və necə tətbiq olunur? XƏBƏRDARLIQ!

Azərbaycanda yeni dələduzluq növü: Caller ID Spoofing nədir və necə tətbiq olunur? XƏBƏRDARLIQ!

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili İşlər Nazirliyi (DİN) faktla bağlı hərəkətə keçib və artıq cinayət işi də açılıb. “Kapital Bank” da araşdırma aparıldığını bildirib.Nəticədə həmin şəxslər saxlanılıb, pullar Milli Qəhrəmanın ailəsinə geri qaytarılıb.

Ümumiyyətlə, son zamanlar kiberdələduzluq halları artıb. DİN tərəfindən hər dəfə bu barədə tədbirlər görülməsinə baxmayaraq, yenə də dələduzların qurbanı olanlar kifayət qədərdir.

Maraqlıdır, kiberdələduzluq və bank kartlarından oğurluq hallarının baş verməsinin qarşısının alınması üçün əsas hansı yöndə iş aparılmalıdır? Problem bankların təhlükəsizliyinin aşağı olmasındadır, yoxsa məlumatlarını paylaşan istifadəçidədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən İT üzrə mütəxəssis Fərid Pərdəşünas bildirib ki, bu məsələdə bankda problem yoxdur.

Onun sözlərinə görə, bu, dələduzluq növləridir və bütün dünyada yayılıb:

“Xüsusilə Rusiya və Ukraynada. Bunun bank əməkdaşları ilə əlaqəsi yoxdur. Banklar təhlükəsizliyi artırmalıdır, bu öz yerində. Yəni pul göndərmək sadəcə OTP kodlar ilə təsdiqlənməli deyil. Nazirlik və Mərkəzi Bank yeni tənzimləmə mexanizmləri və qaydaları tətbiq etməlidir”.

F.Pərdəşünas qeyd edib ki, burada polisin işi də kifayət qədər çətindir:

“Dələduzlar vətəndaşların sevincli, kədərli anlarını dəqiq izləyir və planlı hücum edirlər. Oğurlanan vəsaitlər birbaşa ofşor bank hesablarına çəkilir və çox məharətlə iz itirilir. İşin əsas problemli tərəfi bu dələduzluğu edən şəxslərin ölkədə olmamasıdır”.

O, son günlər yeni yayılmış dələduzluq növü haqqında da xəbərdarlıq edib:

“Son günlər "Caller ID Spoofing" hallarının artması ilə bağlı paylaşımlar görürəm. Yəni dələduzlar sizə öz yaxın tanışınızın adı və nömrəsi ilə zəng edə bilərlər. Bundan başqa, süni intellektlə səs klonlanması halları da mövcuddur. Təsəvvür edin ki, sizə atanızdan zəng gəlir. Kontaktınızda ata adı ilə çıxır. Danışan səs atanızın səsinə bənzəyir, amma əslində o adam atanız deyil. Vətəndaşlar maliyyə əməliyyatları zamanı maksimum diqqətli olmalı, 3D təhlükəsizlik kodunu başqaları ilə paylaşmamalı, bank kartlarına limitlər təyin etməli, şübhəli zəngləri dəqiq sorğu-sualla araşdırmalıdırlar".


Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Yanvar 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri