Azərbaycanda yeni dil tədris olunacaq Afrikadan mütəxəssislər gətirilir
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dillər Universitetində dil tədrisi istiqamətində yeni layihəyə başlanılır. Universitetdə ilk dəfə Afrikanın qədim və geniş yayılmış dillərindən biri olan suahili dilinin tədrisi təşkil ediləcək. Bunun üçün Keniyadan xüsusi mütəxəssisin Azərbaycana dəvət olunması da diqqət çəkir.
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi söyləyib ki; Afrikada ən geniş yayılmış dillərdən biri məhz suahili dilidir.

Onun sözlərinə görə, Azərbaycan Dillər Universitetində regionşünaslıq üzrə “Afrika” istiqaməti, eləcə də Bakı Dövlət Universitetində “Afrika regionşünaslığı” ixtisası bu ildən etibarən açılıb və bu istiqamətdə kadr hazırlığı həyata keçiriləcək. Bu ixtisasların tərkibində, təbii ki, suahili dilinin də tədrisi nəzərdə tutulur:
“Təbii ki, hansı istiqamət üzrə yeni ixtisas açılırsa, xüsusilə regionşünaslıq ixtisası üzrə kadr hazırlığı həyata keçirilirsə, həmin regionu əhatə edən dilin tədrisi də nəzərdə tutulur. Bildiyimiz kimi, Afrikada geniş yayılmış dillərdən biri suahili dilidir. Buna görə də məhz bu dilin öyrədilməsi və bu istiqamətdə kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır. Tədris prosesində iştirak edən müəllim də Afrikadan gəlmiş nümayəndə olacaq və suahili dilinin tədrisində birbaşa iştirak edəcək”.
Ekspert qeyd edib ki, digər regionlar üzrə də kadr hazırlığı həyata keçirilir:
“Məsələn, Skandinaviya ölkələri üzrə regionşünaslıq istiqaməti mövcuddur və həmin istiqamətdə Skandinaviya dillərinin tədrisi aparılır. Eyni zamanda, İndoneziya üzrə regionşünaslıq istiqaməti də var və burada tədris əsasən ingilis dilində həyata keçirilir. Elə ixtisaslar da var ki, məsələn, Qafqaz regionu üzrə regionşünaslıq istiqamətində erməni və gürcü dilləri öyrədilir. Qarşıdakı dövrdə hansısa region üzrə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutulursa, həmin regionda əsas və geniş yayılmış dilin müəyyənləşdirilməsi və onun öyrədilməsi də təmin ediləcək”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq
13 Oktyabr 2026 14:59
Makron Afrikadan əliboş qayıtdı
24 Dekabr 2024 11:18
Azərbaycanda bu dil sürətlə yayılır Orta məktəblərdə tədris olunacaq?
29 Aprel 2025 18:22
Politico: “Rusiya Afrikadan muzdlular yığır”
13 Oktyabr 2025 14:49
Böyük Rusiya dövlət bankı Afrikadan qovulub
05 Dekabr 2024 20:33
Baxış sayı:89
Bu xəbər 21 Sentyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları