Azərbaycanda yeni iş yerləri ən çox hansı sahələrdə açılıb?
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, bu ilin ilk rübündə Azərbaycanda 23 min 506 yeni iş yeri açılıb.
Yeniavaz.com xəbər verir ki, yeni iş yerlərinin ən böyük hissəsi tikinti, ticarət və peşə-elmi fəaliyyət sahələrinin payına düşüb.
Bu ilin yanvar-mart aylarında yaradılan yeni iş yerlərinin 5 min 611-i tikinti sektorunda qeydə alınıb. Bu sahə ümumi yeni iş yerlərinin 23,9%-ini təşkil edib.
Yeni iş yerlərinin sayına görə ikinci yerdə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru qərarlaşıb. İlk rübdə bu sahədə 4 min 429 yeni iş yeri açılıb ki, bu da ümumi göstəricinin 18,9%-inə bərabərdir.
Peşə, elmi və texniki fəaliyyət istiqamətində isə 2 min 570 yeni iş yeri yaradılıb. Bu sahənin ümumi yeni iş yerlərində payı 10,9%-ə yüksələrək əvvəlki illə müqayisədə artım nümayiş etdirib.
Sənaye sahələrində yeni məşğulluq göstəriciləri daha aşağı olub. Belə ki, emal sənayesində 2 min 311, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 899, mədənçıxarma sənayesində isə 147 yeni iş yeri açılıb.
İnzibati və yardımçı xidmətlərdə 1 339, nəqliyyat və anbar təsərrüfatında 1 005, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 1 002 yeni iş yeri yaradılıb.
Bununla yanaşı, bəzi sahələrdə yeni iş yerlərinin ümumi payı azalıb. Məsələn, təhsil sektorunun payı 4,9%-dən 3,3%-ə, turizm və ictimai iaşənin payı 7,2%-dən 4,3%-ə, istirahət, əyləncə və incəsənət sahəsinin payı isə 1,5%-dən 0,5%-ə enib.
Açıqlanan rəsmi əlumatlara görə, tikinti sektoru 2025-ci ildə də lider olub. Həmin il hüquqi şəxslərdə açılan 101 min 803 yeni iş yerinin 25 min 641-i məhz bu sahənin payına düşüb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda ən çox iş yeri hansı rayonda açılıb?
21 Noyabr 2025 22:32
Azərbaycanda qadınlar ən çox hansı sahələrdə çalışır?
07 Mart 2026 15:50
Azərbaycanda ən az iş yerləri harada açılıb? CƏDVƏL
30 Noyabr 2025 22:15
Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
17 Avqust 2026 16:45
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? ARAŞDIRMA
17 İyul 2026 17:50
Baxış sayı:108
Bu xəbər 05 İyun 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















