Putin təcavüzkar və qatildir, necə dost ola bilər? Zelenski
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski Çində keçirilən üçtərəfli sammit zamanı ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə dostyana münasibətini tənqid edib.
Axar.az xəbər verir ki, o, bu barədə BCC-yə müsahibəsində deyib.
Zelenski Putini təcavüzkar və qatil adlandıraraq Hitlerlə müqayisə edib:
“Əlbəttə, ABŞ prezidentinin öz işidir, amma bu, qəribədir. O (Putin – red.) təcavüzkar və qatildir. O, faşizmi XXI əsrə gətirib. Putin dost ola bilməz, bu, sadəcə mümkün deyil. Bu, kiminsə Hitler haqqında onun yaxşı dost olduğunu deməsinə bənzəyir. Müharibədən sonra yox, məhz müharibə zamanı. Mənə elə gəlir ki, bir çox insan bunu həqiqətən də çox qəribə hal kimi qəbul edir. Çünki bu, qızlarını və oğullarını itirmiş ailələr üçün çox ağırdır. Onlar ümidlərini ABŞ prezidentinə bağlayırlar. Biz də öz münasibətlərimizə və müttəfiqlərimizə güvənirik. Amma ABŞ “o, dostdur, yaxşı dostdur” deyərkən, biz qatilə necə baxa bilərik? Xeyr, o, dost deyil”.
Qeyd edək ki, İkinci Dünya müharibəsi dövründə faşist İtaliyasının lideri Benito Mussolini Adolf Hitleri böyük dost adlandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Noyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















