Icma.az
close
up
RU
Azərbaycanda yeni sağlamlıq mərkəzi istifadəyə verildi

Azərbaycanda yeni sağlamlıq mərkəzi istifadəyə verildi

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Hövsan Sağlamlıq Mərkəzinin (Mərkəz) açılışı olub.

Publika.az xəbər verir ki, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müşaviri Elnur Qurbanov, İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyev, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov və Mərkəzin Baş həkimi iştirak ediblər.

Müəssisə barədə məlumat verən Elçin Əmirov bildirib ki, son dövrlərdə ilkin səhiyyə xidmətinin Bakı şəhərində inkişaf etdirilməsi nəticəsində hər bir ailəyə tam əhatəli, bir mərkəzdən və keyfiyyətli xidmətin göstərilməsinin təmin edilməsində keyfiyyət baxımından yeni mərhələnin əsası qoyulub. Bu proses uşaq, şəhər poliklinikalarının, qadın məsləhətxanalarının, diaqnostik və ixtisaslı ambulator tibbi xidmətlərin bir mərkəzdən təşkilinə imkan verir.

Bu istiqamətdə pilot inteqrasiya modelinə uyğun olaraq, Hövsan qəsəbəsində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilmiş və Bakı Baş Səhiyyə Mərkəzinin balansına verilmiş binada ilkin səhiyyə xidmətləri təşkil edilərək Mərkəz istifadəyə verilib.

Hövsan Sağlamlıq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Mərkəz ərazidə fəaliyyət göstərən 23 saylı şəhər və 16 saylı uşaq poliklinikalarının işinə dəstək olmaqla yanaşı, artan əhali sayına uyğun olaraq tam tibbi xidmətin göstərilməsinə şərait yaradacaq.

Məlumat verilib ki, 60 000-dən çox əhaliyə xidmət göstərmək imkanına malik olan tibb müəssisəsi müasir avadanlıqlarla təchiz edilib. Hövsan Sağlamlıq Mərkəzində ümumilikdə 270 nəfər personal çalışacaq. Mərkəzdə İlkin səhiyyə xidməti, İxtisaslı ambulator tibbi xidmət, Diaqnostik tibbi xidmət, Fizioterapiya və Tibbi bərpa şöbələri fəaliyyət göstərəcək.

Mərkəzin binası 1 zirzəmi və 3 mərtəbədən ibarətdir. Tam təmir olunmuş binanın kamera nəzarət sistemi, mərkəzi istilik sistemi, mərkəzi havalandırma sistemi, yanğından mühafizə sistemi, mərkəzi server sistemi, mərkəzi sterilizasiya sistemi mövcuddur. Həmçinin burada ayrıca transformator və lift quraşdırılıb.

Ümumi tikinti sahəsi 1745,43 m2, ümumi sahəsi 5886,48 m2 olan binanın geniş həyətyanı yaşıllıq zonası və 50 avtomobil üçün nəzərdə tutulmuş dayanacağı da mövcuddur.

Mərkəz Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksi, Qələbə küçəsi 7 ünvanında yerləşir.

Qeyd edək ki, əhalinin icbari tibbi sığorta çərçivəsində keyfiyyətli və əlçatan tibbi xidmətdən yararlanması, həmçinin səhiyyə xərclərinin optimal istifadəsinin təmin edilməsi məqsədilə birinci səviyyə səhiyyə xidmətlərinin inkişafı TƏBİB-in strateji hədəflərində qarşıya qoyulan əsas məsələlərdən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Noyabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri