Azərbaycanda yeni verilən ASAN İmza sertifikatlarının sayı 51 %ə yaxın artıb
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 560 169 "ASAN İmza" elektron imza sertifikatı verilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,6 % çoxdur.
Hesabat dövründə "ASAN İmza" 350 935 müraciət üzrə təqdim olunub ki, bu da, illik müqayisədə 44,6 % çoxdur.
"ASAN İmza" elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar), hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
"ASAN İmza" sertifikatları 3 il ərzində etibarlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 12 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















