Icma.az
close
up
RU
Azərbaycanda yenilik NFT yaradan ilk idman klubu

Azərbaycanda yenilik NFT yaradan ilk idman klubu

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın idman tarixində ilk dəfə olaraq NFT yaradan klub – “Sumqayıt Basketbol Klubu”dur.

Bəs NFT  nədir?

 NFT -  ingiliscə “non-fungible token” sözünün abbreviaturasıdır və rəqəmsal aktivin xüsusi növüdür. Mənası, əvəz edilməyən və ya unikal token deməkdir. NFT – müxtəlif rəqəmsal obyektlərin (məs: mətn, şəkil, audio-video yazılar, rəqəmsal sənət əsərləri, oyun elementləri və ya simvollar, domen adları, personajlar, klub kartları və s) mülkiyyət hüquqlarını təmsil edən tokendir. Hər bir NFT unikaldır, kopyalamaq və ya dəyişdiriliməsi mümkün deyil. NFT tokenlər xüsusi platformalarda ticarət olunur. Bunlardən ən məşhurları – OpenSea, Rarible, Mintable, SuperRare, Axie İnfinity, Fundation, NBA Top Shot, Nifty Gateway. Bu platformalarda NFT-ni almaq, satmaq və ya dəyişdirmək mümkündür. Bir qayda olaraq, ticarət prosesi kriptovalyuta (əsasən ETH) ilə həyata keçirilir. NFT-lər kriptovalyutalar kimi kripto-cüzdanda saxlanılır və onlarla əməliyyatlar aparıla bilər.

Belə ki, klub, Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə yaradılmışdır və Sumqayıt şəhərini Milli Basketbol Liqasında təmsil edən yeganə peşəkar komandadır. NFT-nin yaradılmasında əsas məqsəd klubun tarixi və uğurlarını innovativ üsullarla paylaşmaq, klubun azarkeşlərinə rəqəmsal mülkiyyət hüququ təqdim etmək, gələcəkdə daha interaktiv və dəyər yaradan layihələr üçün təməl qurmaqdır. “Basketball legends of Sumgayit” adlı NFT Ethereum blokçeyinində ERC-1155 standartı əsasında yaradılıb və dünyanın ən populyar alqı-satqı platforması olan opensea.io-da satışa çıxarılıb. Qiyməti 0.35 ethereum (təqribən 1.175 dollar) təşkil edir.

  “Sumqayıt Basketbol Klubu”-nun icraçı direktoru,  Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi  Elnur Quliyev Moderator.az-a açıqlamasında bildirib ki,  Azərbaycanda öz NFT-sini yaradan ilk idman klubu olmaqdan qürur duyuruq:

“NFT yaratmaqda əsas məqsədimiz yeni innovativ ideyaları ölkənin idman sektoruna inteqrasiya etməklə diqqəti cəlb etmək və Azərbaycanda basketbol idman növünü azarkeşlər arasında daha da populyarlaşdırmaqdır. Bu cür təşəbbüslər, idman klublarının rəqəmsal dünyada iştirakını artırmaq və azarkeşləri ilə daha interaktiv əlaqələr qurmaq üçün müasir vasitələrdən biridir. Klub 2025-ci ildə yeni NFT kolleksiyaları buraxmaq niyyətindədir. Bu kolleksiyalar rəqəmsal platformalarda satışa çıxarılacaq və istənilən şəxs bəyəndiyi NFT-ni almaq imkanı əldə edəcəkdir. Bundan əlavə, NFT-lər klubun ən aktiv azarkeşlərlərinə hədiyyə formasında təqdim olunacaq. Azarkeşlər üçün NFT-lər ilk növbədə kolleksiya dəyəri olan rəqəmsal aktivlər kimi xidmət edəcək. Məlumat üçün qeyd edim ki, ümumiyyətlə NFT yaradan ilk peşəkar idman klubu, 2021-ci ilin aprel ayında Amerikanın “Golden State Warriors” basketbol komandası olub.”

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri