Icma.az
close
up
RU
Azərbaycanda xərçəng yaradan siqaretlər açıq satışda

Azərbaycanda xərçəng yaradan siqaretlər açıq satışda

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Azərbaycanda standartlara cavab verməyən filtersiz siqaret istehsalına başlanılıb.

"Azad İstehlakçılar” İctimai Birliyindən (AİİB) BAKU.WS-ə verilən məlumata görə, Şəki şəhəri D.Bünyadzadə küçəsi (Şəki şəhəri, elektrik şəbəkə və tütün fermentasiyası fabrikinin əks tərəfində) ünvanında, "Azəri” korporasiyası (VÖEN № 3000012891) və Şəki şəhəri, Baş Küngüt kəndi ünvanında "Mehdi” firması MMC tərəfindən filtersiz siqaret istehsalına başlanılıb və artıq satışa çıxarılıb.

Tütündən istifadə məişət narkomaniyasıdır! Bütün ölkələr tütündən istifadənin azaldılması üçün mümkün olan səyləri göstərir. Hələ 2001-ci ildə Şəki şəhərində və Bakıda yerləşən filtersiz siqaret istehsal edən müəssisələrin istehsal etdiyi siqaretlərin AİİB-in təşəbbüsü ilə Londonda yerləşən beynəlxalq laboratoriyada ekspertizaları keçiriliv. Azərbaycanın çoxsaylı görkəmli alimləri, ziyalıları AİİB-in əldə etdiyi nəticələrin insanları kütləvi şəkildə ağ ciyər xərçənginə sürükləyən fəsadlarını təsdiq edərək hökumət qarşısında filtersiz siqaret istehsal edən 6-a qədər müəssisənin fəaliyyətiin dayandırılmasına dəstək verib və 2001-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə bu müəssisələrin fəaliyyəti dayandırılıb. Qeyd olunanlara baxmayaraq yenidən təhlükəli tütün məmulatının istehsalına başlanılıb. 

AİİB ictimai təşkilat olaraq dəfələrlə bəyan edib ki, hökumət tərəfindən sahibkarlıq subyektləri üçün yaradılan rahat şəraitdən sahibkarlar sui-istifadə edir və ölkənin əmtəə bazarı yerli və xarici məhsularla çirklənir, insanların sağlamlığı təhlükə altına atılır. 

"Azəri” korporasiyası və "Mehdi” firması MMC heç bir hüququ sənədi olmadan, siqaret istehsalı üçün mövcud olan AZS335-2009 standartının 5.1.1.9; 5.1.1.10; 5.1.1.11; 5.1.1.12; 5.1.1.13 bəndlərinin tələblərinə məhəl qoymadan tərkibi (təhlükəli maddələrin miqdarı yol verilən həddən çox olan) naməlum olan filtersiz "Karvan” və "Şəki” siqaretlərini satışa çıxarmaqla, əhalinin tütün narkomaniyasına tutulmasına rəvac verib. Eyni zamanda bu tip siqaretlərin narkotik çəkilməsində ən vacib vasitə olduğu da məlumdur. 

AİİB-i daim bütün növ siqaretlərin təhlükəli olmasını, marketlərin girişindən siqaret stendlərinin götürülməsini, siqaretlərin qiymətinin yüksək olmasına və daha yüksəldilməsinə (əlyetərliyin azaldılması üçün) tərəfdar olduğunu bildirərək 1 qutu təhlükəli "Karvan” və "Şəki” siqaretlərinin bazara 40 - 50 qəpik qiymətlə çıxarılmasını pisləyir və əhalinin siqaret çəkməkdən və daha təhlükəli "Karvan” və "Şəki” siqaretlərini çəkməkdən imtina etməyə çağırır!

Əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan "Karvan” və "Şəki” siqaretlərinin istehsalının dayandırılması, satışının qadağan edilməsi üçün AİİB bu gün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Səhiyyə Nazirliyinə, Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Xidmətinə, Şəki İH-ə rəsmi müraciətlər göndərib. 

Əgər müraciət edilmiş dövlət orqanları əhalinin sağlamlığına ciddi zərbə vuran, məişət narkomaniyasına rəvac verən bu təhlükəli amilə biganə qalarsa AİİB öz beynəlxalq əlaqələrindən istifadə edib, təhlükəli tütün məmulatı istehsal edən müəssisənin fəaliyyətinin tam məhdudlaşdırılmasına nail olacaqdır. Əlbəttə bu işdə istehlakçı boykotunun əvəzedilməz vasitə olacağına da əminik!

BAKU.WS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Yanvar 2026 05:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see359

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see357

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see287

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see248

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see234

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see219

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see213

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see197

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see196

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see195

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see189

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see188

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see185

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see181

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see175

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see175

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see173

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see164

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see145

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri