Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

“Azərbaycanda yüksək sürət paketləri daha əlçatan olmalıdır”

“Azərbaycanda yüksək sürət paketləri daha əlçatan olmalıdır”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnternetdən normal istifadə etmək üçün ən az nə qədər sürət tələb olunması ilə bağlı suala birmənalı cavab vermək çətindir. Bu fərdlərin və təssrüfatların internet istehlakından birbaşa asılı olsa da yayım platformalarının bu prosesə təsriri daha çoxdur. Yəni dünya 720p-dən 4K-ya keçdikcə hər bir axın 10-20 dəfə daha çox ötürmə zolağı (bandwidth) tələb edir. Evdə 5 nəfər eyni vaxtda 4K HDR məzmun izləsə, bu 200 Mbit/s -ə qədər trafik yaradır. Standart 25 Mbit/s tarifinə qoşulmuş ev təsərrüfatı üçün bu, yetərsizdir.

Qrafik 1:

Qrafik 1-də təqdim olunan tendensiyalar fonunda şəbəkə performansını müəyyən edən əsas amillərdən biri də gecikmə (latency) göstəricisidir. Xüsusilə canlı yayımlar, onlayn oyunlar və digər interaktiv rəqəmsal xidmətlər üçün aşağı gecikmə sabit və keyfiyyətli istifadəçi təcrübəsinin əsas şərtlərindən biridir. İstifadəçi sayının və data istifadəsinin artdığı müasir dövrdə şəbəkələrin keyfiyyəti artıq yalnız sürətlə deyil, eyni zamanda gecikmənin effektiv idarə olunması ilə ölçülür.

Doğrudur, datanın sıxışdırılması (compression) texnologiyaları bu mövzuda effektiv olmağa çalışsa da, istifadəçi bazasının genişlənməsi, video keyfiyyətinin yüksəlməsi və rəqəmsal xidmətlərdən istifadənin artması nəticəsində ümumi trafik həcmi yüksəlməkdə davam edir.

Eyni vaxtda 5 istifadəçinin müxtəlif keyfiyyət formatlarında məzmun izləməsi üçün tələb olunan minimal axın sürətinə baxaq:

Cədvəl 2:

İKT üzrə ekspert Elvin Abbasovun fikirlərinə görə, mobil trafik həcmini artıran digər vacib amillər qısa video formatlarının sürətli yayılması, yükləmə trafikinin artması və trafik yaradan görünməz mexanizm hesab olunan “alqoritm effekti”dir: “Ənənəvi video axınında istifadəçi yalnız data (download) alır. Sosial şəbəkələrdə isə milyonlarla istifadəçi eyni zamanda həm izləyir, həm də məzmun yükləyir (upload). Bu ikitərəfli axın şəbəkəyə ikiqat yük yaradır. Hər gün 4,5 milyard Instagram Reels paylaşımı, 12 milyon YouTube Shorts yüklənir. Bir 15 saniyəlik “HD Reel” yüklənməsi 10–15 MB data istehlak edir. Bir influenser gündə 5 “Reel” yükləyirsə, bu yalnız yüklənmə üçün 75 MB-dır, izləmə trafiki isə bundan qat-qat artıqdır. Şəbəkə infrastrukturu bu ikitərəfli axını daşımaq üçün əvvəlkilərlə müqayisədə daha güclü olmalıdır, bu isə sürətli tarif paketlərini zəruri edir.

Sosial şəbəkə alqoritmləri passiv deyil. Onlar aktiv şəkildə daha çox video istehlakını stimullaşdırır. “TikTok”un “For You Page” alqoritmi istifadəçinin marağına uyğun videoları fasiləsiz olaraq önə çəkir. Bu “sonsuz karusel” effekti istifadəçinin platformada keçirdiyi vaxtı və dolayısı ilə istehlak etdiyi data həcmini dramatik şəkildə artırır.

“TikTok” istifadəçiləri gündə 186 dəqiqə həmin platformada vaxt keçirir. Bu nəsil yüksək keyfiyyətli, fasiləsiz, çox platformalı video istehlakı standartı ilə böyüyür. Onlar internet istifadəçisi kimi yetkinləşdikcə onların şəbəkədəki trafik yükü artmağa davam edəcək”.

Elvin Abbasov bildirib ki, istehlakçıların internetdən effektiv istifadə edə bilməsi üçün internet provayderləri daha yüksək sürətləri daha əlçatan etməlidir. Onun sözlərinə görə, mövcud sürət paketləri istifadəçilərin cari tələblərini tam qarşılamır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyun 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri