Icma.az
close
up
RU
Azərbaycanda yüzlərlə məktəb təhlükədədir: yoxlamalar başlanır?

Azərbaycanda yüzlərlə məktəb təhlükədədir: yoxlamalar başlanır?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Tovuzda beş şagird “apilka peçi”ndən zəhərlənib. Hadisə soba borusundan çıxan tüstünün otağa dolması nəticəsində baş verib. Bu isə xüsusilə orta məktəblərin təmirsiz olması, qazla təmin edilməməsi, nəzarətsizlik kimi məsələləri gündəmə gətirib. Bildirilir ki, belə hallar böyük faciələrə yol aça bilər.

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Tovuzdakı son hadisə təkcə texniki və təsadüfi problem deyil:

“Bu, Azərbaycanın bəzi bölgələrində təhsil müəssisələrinin fiziki və infrastruktur baxımından nə qədər acınacaqlı vəziyyətdə olduğunun, illərlə həll olunmayan təhlükəsizlik və nəzarət boşluqlarının real nəticəsidir. “Apilka peçi”nə görə zəhərlənmə halı çox açıq və ciddi siqnaldır. Məktəblər yalnız soyuqda donmamaq deyil, həm də ölməmək üçün mübarizə aparılmalı məkanlara çevrilib. “Ümumi təhsil haqqında” Qanunun 16.4-cü maddəsində qeyd olunur ki, təhsil alanların sağlamlığının qorunması üçün sanitariya-gigiyena və texniki təhlükəsizlik normalarına uyğun şərait yaradılmalıdır. Bu hüquq normativ baxımdan məktəbdə təhlükəsizliyin təmin olunmasını dövlətin borcu kimi təsbit edir. Amma sözügedən hadisə göstərir ki, bəzi bölgələrdə bu norma ya ümumiyyətlə tətbiq olunmur, ya da formal şəkildə mövcuddur”.

Kamran Əsədov

Ekspert bildirib ki, “apilka peçi”nin məktəbdə istifadə olunması təhlükə mənbəyidir:

“Bu soba növü nə müasir standartlara uyğundur, nə də nəzarətə açıq texnologiyadır. Qazla təmin olunmayan məktəblərdə bununla otaqları isitmək məcburiyyəti təkcə texniki yoxsulluq deyil, həm də uşaqların həyatını birbaşa risk altına atan sosial məsuliyyətsizlikdir. Bu gün sadəcə beş şagirdin zəhərlənməsi ilə nəticələnən hadisə, sabah yanğın və ölüm hallarına səbəb ola bilər. Azərbaycanda hələ də yüzlərlə məktəb ya qəzalı binada fəaliyyət göstərir, ya da istilik və ventilyasiya sistemlərindən məhrumdur. Təhsil Nazirliyinin 2023-cü il hesabatına əsasən, ölkə üzrə 350-dən çox məktəbin təmiri və yenidən qurulmasına ehtiyac var. Bu məktəblərin çoxunda müasir isitmə sistemləri quraşdırılmayıb və bu da həmin müəssisələri qış aylarında potensial ölüm mənbəyinə çevirir”.

K.Əsədovun sözlərinə görə, hər bir məktəb üzrə istilik sistemlərinin texniki vəziyyəti təcili şəkildə monitorinq edilməli, qazlaşdırma proqramı sürətləndirilməli, mümkün olmayan yerlərdə isə müasir elektrik isitmə sistemləri ilə əvəz olunmalıdır:

“Ən vacibi məktəblərdə təhlükəsizlik üzrə xüsusi protokollar hazırlanmalı, müəllim heyəti bu mövzuda mütəmadi təlim keçməli, şagirdlər isə risklər barədə məlumatlandırılmalıdır. Əks halda, bu cür hadisələr təkrarlanacaq və bir gün “sadə soba problemi” məktəb faciəsinə çevriləcək”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri