Icma.az
close
up
RU
Azərbaycanda zəhərli paltarlar satışa buraxılıb?! QORXUNC AÇIQLAMA

Azərbaycanda zəhərli paltarlar satışa buraxılıb?! QORXUNC AÇIQLAMA

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ “Azad İstehlakçılar” İctimayi  Birliyini(AİİB)  biznes qrumları arasında olan heç bir mübahisə əsla maraqlandırmır. Və bu kimi məsələlər istehlakçı hüquqlarına aid deyildir. Lakin aşağıda  bəhs olunan məsələdə, son nəticədə istehlakçılar sağlamlıq baxımından ciddi zərər çəkə bilərlər. Bu məsələyə biganə qalmaq olmur. Ona görə də istehlakçılara,  dövlət orqanlarına öncə məlumat vermək  qərarına gəldik”.

News24.az bildirir ki, bu barədə “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O, sözlərinə belə davam edib:

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

"“Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC-nin direktoru Qəribov Anar Əli oğlu  və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlu arasında  mövcud olan   qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq mərhələyə qədəm qoyub. Bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün   sahibkarlar  insan orqanizmi üçün son dərəcə zərərli maddələrlə zəhərlənmiş  paltarı  anbardan çıxarıb satmaq qərarına gəliblər.

 “Azur”un rəhbəri olan Fuad Rzayev ( “Azərenerji”nin rəhbəri Baba Rzayevin oğlu) və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb. O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini  pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz  şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər. “Azad İstehlakçılar” İB-yi tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb. Qeyd edək ki, 08.04.2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov (0502000902) da satış üçün nəzərdə tutulan geyim əşyalarının yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair 9-8081 nömrəli 07 fevral 2022-ci il tarixli  rəsmi ekspert rəyini təqdim etməklə  bildirib.

Amma “Azur” rəhbərləri başladığı işi sona çatdırmaq və sahibkarlara vurduqları ziyanı ödəməkdən yayınmaq üçün paltar və avadanlıqları “təmizləmək” qərarına gəliblər. Bunun üçün isə insan orqanizminə son dərəcə təhlükəli olması səbəbindən 2004-cü ildə  beynəlxalq razılaşma əsasında  dünyanın  7 ölkəsi istisna olunmaqla(Mozanbik Zimbve,daha 5 ölkə) istifadəsinə qadağa qoyulan DDT (DUST) preparatından istifadə edilib. Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 01.06.2023-cü il tarixdə 0613 saylı  sınaq protokolu ilə  təsdiq edib (Sənəd mövcuddur)".

(Zəruri qeyd: “təmizlənməsi” zamani istifadə edilən DDT və onun metobolitləri insan orqanizminə son dərəcə təhlükəli, kansoregen, hormonal, dermatoloji, allergik, nevroloji, həzm sistemi pozğunluğu kimi problemlər yarada bilir)

Ekspert bildirib ki, həmin faktdan sonra növbəti mərhələyə əl atılıb:

"Eyni təşkilatın, yəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev (070 3431819) növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi  ekspert rəyini təkzib edərək, həmin malların 85%-nin satışa yararlı olmasına dair 08.08.2023-cü il tarixli  9/2015 saylı ekspert  rəyi verib(Sənəd mövcuddur). Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir-birinə zidd olan iki rəsmi sənədi təəccüb və sual doğurur.

Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə 14.09.2023-cü il tarixində 2-2(103)-141/2023  saylı qətnamə çıxarıb. Sonradan 01.03.2024-cü il tarixində 2-2(102)-44/2024 saylı qərarı ilə Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.

“FB COMPANY” MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən  və  məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial (692 sayda fotoşəkil və 2 ədəd elektron daşıyıcı flaşkart) məhkəmə işinin materialları arasından yoxa çıxıb. AİİB-ə təqdim olunan məlumata görə,  bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə “təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir. Bu faktların yox olması kimin marağındadır?!

Verilən məlumatda  qeyd olunur ki, bu  işdə  yeni fiqurant ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar   paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o  sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Ortaya suallar çıxır: Laboratoriya tərəfindən təhlükəli maddələrlə” təmizlənməyə” məruz qaldığı təsdiq edilən paltarlar hara aparılmalıdır? Onların daşınmasında iştirak edəcək şəxslərin sağlamlığına zərər dəyməyəcəyinə kim zəmanət verəcək? Paltarların satışa çıxarılacağı təqdirdə onları alaraq geyinən insanların, o cümlədən azyaşlı uşaqların kütləvi şəkildə müxtəlif onkoloji və sair xəstəliklərə tutulmasına biganə qalan insanların məqsədi necə olursa-olsun pul qazanmaqdırmı?!

Yəqin ki,  dəymiş zərəri kompensasiya etmək üçün təhlükəli malların sahibi bu geyimləri bazara çıxarıb istehlakçılara satacaqlar. Nə üçün Azərbaycan istehlakçıları müxtəlif, təzadlı ekspert rəyləri verilmiş malları xəbərsizlikdən almalıdırlar!? Təəssüf ki, istehlakçılara səhih məlumat vermək üçün ,satışa çıxarılması istisna olunmayan bu təhlükəli paltarların harada satılacağı və tanıdılması üçün əlimizdə heç bir material yoxdur!

Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediyaya müraciət etməklə bərabər, İqtisadiyyat Nazirliyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna, Səhiyyə Nazirliyinə  rəsmi müraciətlər göndərmişdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:357
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri