Azərbaycandakı bərpa olunan enerji layihələrində Almaniya şirkətlərinin iştirakı müzakirə olunub
Icma.az, Report.az saytına istinadən bildirir.
Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin vəziyyəti, Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, bərpa olunan enerji layihələrində alman şirkətlərinin iştirakı, yaşıl hidrogen sahəsində təşəbbüslər, yaşıl enerji dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlim fəaliyyəti üzrə federal naziri Robert Habek ilə görüşüblər.
Görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri, həmçinin Almaniya ilə iqtisadi əlaqələrə, o cümlədən yaşıl enerji təhlükəsizliyinin təmin edilməsində əməkdaşlığa önəm verdiyi vurğulanıb. Ölkələr arasında ticarət, investisiya, alternativ enerji, iqlim fəaliyyəti, azad olunan ərazilərin bərpasında iştirak və digər istiqamətlər üzrə tərəfdaşlıq imkanları qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















