Icma.az
close
up
RU
Azərbaycandakı fəaliyyətim dəyərləndirildi Riçard Almeyda

Azərbaycandakı fəaliyyətim dəyərləndirildi Riçard Almeyda

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

QOL.az xəbər verir ki “YouTube” kanalında yayımlanan "Exclusiva TSP" rubrikasında sualları cavablandıran 36 yaşlı yarımmüdafiəçi əvvəlcə hazırkı klubu “Primavera”dakı (Braziliya) işlərindən danışıb:

“Əvvəlcə heç asan deyildi. Xaricdəki vaxta, oradakı oyun sisteminə uzun illərdən sonra uyğunlaşmışdım. Buraya qayıdanda mənim üçün asan olmayacağını ilk gündən bilirdim.  Burada heyət çox keyfiyyətlidir. Mənim oynadığım mövqedə də güclü futbolçular var idi. Amma baş məşqçimiz - professor Fernando, oyunçular və bütün məşqçi heyəti mənimlə çalışaraq uyğunlaşmağım üçün dəstək oldular. Bəli, mən mövsümün ortasında gəldim. Onda komandanın ritmi başqa idi".

O, Braziliya və Azərbaycandakı azarkeş mədəniyyəti arasında fərqləri belə təsvir edib: "Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyillər. Ancaq Avropa Liqasında və ya Çempionlar Liqasında oynayanda stadion dolurdu. Yerli liqada isə yalnız derbi oyunlarında stadionda azarkeş çox olur. Amma burada, Braziliyada küçədə azarkeşi görürsən. Son oyunlarda “Santo André”də stadiona daxil olarkən azarkeşlərin dəstəyi inanılmaz idi. Braziliyadan tez ayrıldığım üçün bu hissi burada əvvəl yaşamamışdım. Hətta telefonumda videolar saxlamışam. Bu, braziliyalıların futbola necə aşiq olduqlarını göstərir".

Almeyda “Qarabağ”da çıxış edərkən Çempionlar Liqasının qrup mərhələsində meydana çıxdığı görüşləri də xatırlayıb. O, bu oyunların unudulmaz olduğunu bildirib:"İlk oyunumuz İngiltərədə “Çelsi”yə qarşı idi. Gənc olanda televizorda izlədiyim bu komandalarla real həyatda oynamaq çox xüsusi hissdir. Sonra “Atletiko” Madrid ilə “Vanda Metropolitano” stadionunda oynadıq. Sonra ‘Roma’nın Olimpiya stadionunda meydana çıxdıq. Bu, bir futbolçu üçün unudulmaz hisslərdir".

2017-2023-cü illərdə Azərbaycan milli komandasında çıxış edən Almeyda bundan qürur duyduğunu deyib: "Sən Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında necə çıxış edirsənsə, dünya çempionatı və Avropa çempionatının seçmə mərhələləri də o qədər vacibdir. Mən Almaniya, Xorvatiya, Sloveniya, Slovakiya kimi milli komandalara qarşı oynadım. Bu, mənim üçün böyük şərəf idi. Bu onu göstərir ki, ölkədəki fəaliyyətim dəyərləndirildi. Çünki hər kəsə vətəndaşlıq verilmir."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qol.az
archiveBu xəbər 16 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri