Saşa İliçin planları pozuldu: XVII turda həmyerlisi də oynamayacaq
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sumqayıt" klubu daha bir itki ilə üzləşib. Sport24.az-ın məlimatına görə, "gənclik şəhəri" təmsilçisinin serbiyalı baş məşqççisi Saşa İliç Misli Premyer Liqasının XVII turda daha bir futbolçunun xidmətindən yararlana bilməyəcək.
Söhbət Nikola Ninkoviçdən gedir. 31 yaşlı yarımmüdafiəçi "Sabah"a 1:3 hesabı ilə uduzduqları XVI turun matçında sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb.
İliçin həmyerlisi cari mövsüm dördüncü dəfə sarı vərəqə görüb və XVII turda səfərdə "Turan Tovuz"la qarşılaşmada meydana çıxa bilməyəcək.
"Sumqayıt"ın hücumçusu Rüstəm Əhmədzadə də eyni səbəbdən sözügedən görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" oyunu yanvarın 25-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 29 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















