Icma.az
close
up
RU
AZƏRBAYCANDAKI RUSİYA AGENTURASINA 100 MİLYON DOLLAR!... Kozakın Putinə Azərbaycanla bağlı məxfi hesabatında nə deyilir?

AZƏRBAYCANDAKI RUSİYA AGENTURASINA 100 MİLYON DOLLAR!... Kozakın Putinə Azərbaycanla bağlı məxfi hesabatında nə deyilir?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Vladimir Putin “prezident administrasiyasının işini optimallaşdırmaq üçün” Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident administrasiyasını ləğv edib. Əvəzində Prezident Administrasiyasında Strateji tərəfdaşlıq və əməkdaşlıq şöbəsi yaradılacaq. Kreml keçmiş SSRİ ölkələrində “yumşaq güc” deyilən qüvvənin təbliğinə nail ola bilməyib və bu, təəccüblü deyil: strukturun pulları mənasız tədbirlərə sovrulur, rəhbərlər isə daim dəyişirdilər”.

“AzPolitika” xəbər verir ki, “The İnsider” nəşrində dərc edilən yazıda belə deyilir.

Nəşr Rusiya xüsusi xidmət orqanlarının keçmiş SSRİ respublikalarındakı “yumşaq gücə” yönələn fəaliyyəti barədə məxfi sənədi açıqlayıb. Siyahıda Azərbaycanın da adı var. Nəşrdəki rusiyalı jurnalistlərin əldə etdiyi materiallara görə, Rusiya QRU-nun Azərbaycan üzrə məsul zabiti birbaşa Putinin administrasiyasına Rusiyanın ölkəmizdə təsirini artırmaq proqramlarının səmərəsizliyi və bunun üçün ayrılan vəsaitlərin mənimsənilməsi barədə məlumat verib.

Əvvəlcə yazıda qeyd olunur ki, Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr şöbəsi 2005-ci ildə, Ukraynada "narıncı inqilab"ın qələbəsindən bir il sonra yaradılıb: “Həmin hadisələr Putini çox qorxutdu və o, Prezident Administrasiyasında qonşu ölkələrdə “məxməri inqilablar”ın yaranmasının qarşısını ala biləcək, Kremlə sadiq siyasətçilərin və siyasi partiyaların təbliğatını apara biləcək şöbənin yaradılması barədə göstəriş verdi. Departamentin əməliyyat maraqlarına Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, həmçinin Baltikyanı ölkələr və qondarma Abxaziya və Cənubi Osetiya respublikaları daxil olub”.

Məxfi sənədlərdən aydın olur ki, Azərbaycanla bağlı fəaliyyətlərə QRU-nun zabiti Valeri Çernışov rəhbərlik edib: “Ona respublikanın tanınmış şəxsləri, o cümlədən məmurlar, hərbçilər və ictimai xadimlər barədə məlumatlar gəlirdi. QRU-nun digər zabiti Dmitri Avanesov isə Ermənistandakı vəziyyəti izləyib. “The İnsider”-in ixtiyarında Ermənistan hökumətindəki “köstəbək”dən xəbərlər var, o, Avanesova Baş nazir Nikol Paşinyanın bütün hərəkətləri barədə məlumat verib.

Xarici ölkələrlə mədəni əlaqələr departamenti Kozak (Dmitri Kozak – Rusiya Prezident Administrasiyası başçısının müavini-red.) üçün qonşu ölkələrdəki vəziyyətlə bağlı məxfi hesabatlar hazırlayıb və o, daha sonra onları Putinə təqdim edib. Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi.

“Azərbaycan” departamentinin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edirik: "Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların çatışmazlığı açıq şəkildə müşahidə olunur. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün "yumşaq güc” alətinin yaradılmasına kömək edərdi. QHT işinin əsas istiqaməti sərhədyanı ərazilərə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönəldilə bilər. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, Kütləvi İnformasiya Vasitələrində səslənməlidir. Həmvətənlərin birləşdiyi təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır".

Emissarlar Azərbaycana tez-tez gəlməyə başladı, çoxsaylı seminarlar, dəyirmi masalar, konfranslar, jurnalistika məktəbləri təşkil olundu...”

Daha sonra adıçəkilən idarənin keçmiş əməkdaşı “The İnsider”-ə deyib ki, Azərbaycanda “yumşaq güc” üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib: "Mənim hesablamalarıma görə, Azərbaycanla “dostluğa” yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi. Yenə də çox şey formal qeyd üçün və ya “balalayka diplomatiyası” ruhunda edildi. Və onlar həmişə içdilər, içdilər və içdilər".

Nəşr qeyd edir ki, “Moskva ilə Bakı arasında “eşq” macərası 2025-ci ilin əvvəlində bitib, Rusiya hakimiyyəti əvvəlcə Azərbaycan Hava Yollarının təyyarəsi ilə bağlı faciənin təfərrüatlarını inadla gizlədib, sonra isə Yekaterinburqda faktiki olaraq dindirmə zamanı işgəncələrə məruz qalan Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından ölməsi barədə yalan danışıb”: “Azərbaycan hakimiyyətinin reaksiyası özünü çox gözlətmədi: Bakıda Kremlin təbliğat ruporu olan “Sputnik”-i sərt şəkildə bağladılar və Rusiya tərəfi ilə rəsmi tədbirləri minimuma endirdilər”.

Daha sonra materialda deyilir ki, paralel olaraq, təsir agenti rolu üçün nəzərdə tutulan qonşu ölkələrin jurnalistləri ilə fəal iş aparılıb: “Xarici ölkələrlə mədəni əlaqələr departamentinin redaksiyamızın əldə etdiyi siyahısına 136 KİV nümayəndəsi və bloqer daxil edilib”. Yazıda bir neçə ölkədəki “təsir agentləri”nin adı çəkilsə də, tam siyahı dərc edilməyib və Azərbaycandan buraya kimlərin daxil olduğu göstərilməyib.

Sonda qeyd olunur ki, ləğv edilmiş Xarici ölkələrlə mədəni əlaqələr departamentinin bazasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Departamenti yaradılacaq ki, onun tərkibinə əlavə olaraq daha bir ləğv edilmiş struktur - transsərhəd əməkdaşlıq departamenti də daxil olacaq. Putin təşkilati tədbirlər üçün üç ay vaxt verib və Kozakın əvəzinə yeni struktura Sergey Kiriyenko rəhbərlik edəcək.

Bu o deməkdir ki, Kreml bundan sonra digər respublikalar kimi, Azərbaycanda da ”yumşaq gücü”nün təsirini artırmaq niyyətindədir.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Sentyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri