Icma.az
close
up
RU
Azərbaycandakı Rusiya mediası ilə bağlı da addım atıla bilər DEPUTAT

Azərbaycandakı Rusiya mediası ilə bağlı da addım atıla bilər DEPUTAT

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə edilməkdədir. Bu gərginliyin artmasında Rusiya dumasının üzvlərinin, eləcə də media orqanlarının rolu heç də az deyil. Bu gün Azərbaycandakı Rus evi fəaliyyətini dayandırıb. Mətbuatda və sosial şəbəkələrdə Rusiyanın Azərbaycanda fəaliyyət göstərən media qurumlarının da bağlanmasına çağırışlar edilir.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Rusiya tərəfi məsuliyyəti öz üzərinə götürüb münasibətləri yumşaltmalı, problemləri həll etməlidir:

“İnanıram ki, Rusiyanın ali rəhbərliyi, rəsmi şəxsləri özlərində cəsarət tapıb bu prosesi ədalətli şəkildə həll edəcəklər. Azərbaycan bugünə qədər iki ölkə arasında münasibətlərin ən yaxşı vəziyyətdə olması, qorunub-saxlanması üçün əlindən gələni edib. Amma beynəlxalq hüquq var. Bununla yanaşı müttəfiqlik münasibətlərimiz var. Buna görə də hesab edirəm ki, Rusiya tərəfi məsuliyyəti öz üzərinə götürərək münasibətləri yumşaltmalı və  problemləri həll etməlidir. Burada qeyri-adi nəsə yoxdur, bunu çoxdan etməliydilər. Hansı səbəbdən bu edilmir, biz də tam olaraq anlaya bilmirik. Bununla əlaqədar olaraq Rusiya dumasında təmsil olunan şəxslər və siyasətçilər tərəfindən də xoşagəlməz  açıqlamalar verilir, fikirlər irəli sürülür. Bu da onu deməyə əsas verir ki,  sanki fürsət gözləyən şəxslər və qruplar vardı ki, prosesi daha da gərginləşdirmək istəyirlər. Eyni zamanda unutmamalıyıq ki, Rusiyanın özündə də Ermənistanın və erməni diasporunun birbaşa nəzarətində olan media qurumları var ki onlar da bu prosesdən sui-istifadə edərək daha da vəziyyəti  gərginləşdirmək və Azərbaycan əleyhinə informasiyaları  tirajlamaq istəyirlər. Görüldüyü kimi, Azərbaycanın əlində kifayət  qədər alətlər var ki, Rusiyaya lazımi adekvat cavablar verilsin. Ancaq biz səbr edərək gözləyirik və ümid  edirik ki, proseslər hüquq çərçivəsində öz həllini tapacaq. Lazımi açıqlamalar verilib, addımlar atılaraq vəziyyət  yüngüllləşdiriləcək. Ona görə hələlik mən düşünürəm ki, bu alətlər Rusiyanın əlində də var. Hələ  növbəti raunda keçilməyib. Biz  ümid edirik ki, vəziyyəti bu cür gərginləşdirən şəxslərin, qurumların  lazımi  cavabı Rusiya rəhbərliyi tərəfindən  veriləcək. Azərbaycanın atdığı addımlar hüquq müstəvisindədir və qanun  çərçivəsindədir”.

Deputat söyləyib ki, Rusiyada nümayəndəlikləri olan Azərbaycan televiziyalarına, xəbər saytlarına, agentliklərə qarşı təzyiqlər olarsa, Azərbaycandakı Rusiya mediası ilə bağlı da addım atıla bilər:

“44 günlük Vətən müharibəsinin gedişində erməni lobbisinin təsiri ilə Rusiya mediası vasitəsilə Azərbaycana çox böyük təzyiqlər olub. Həmin dövrdən sonra rus mediasına inam o qədər də çox deyil. Bu baxımdan  həmin media qurumlarının Azərbaycan ictimaiyyətinə  təsir gücü də əvvəlki qədər çox deyil.  Bu baxımdan mən düşünürəm ki, hələ media ilə bağlı hansısa addımların atılması gündəmdə deyil. Bir daha qeyd edirəm ki, biz proseslərin necə cərəayan edəcəyini gözləyirik. İnanırıq ki, Rusiya rəsmilərinin bu məsələlərlə bağlı açıqlamaları olacaq. Biz bunu gözləyirik.  Belə olan halda, yəni lazımi addımlar atılacağı təqdirdə yumşalmalar olacaq. Buna bənzər  hadisələr dəfələrlə olub. Mən inanıram ki, proseslər müsbətə doğru irəliləyəcək. Vəziyyəti gərginləşdirmək, gərgin saxlamaq  bizim maraqlarımıza heç də uyğun gəlmir. Amma təbii ki, qarşı tərəfdə bizimlə bərabərhüquqlu müstəvidə çıxış etməlidir. Kimlərinsə, hansısa məmurların, siyasətçilərin şıltaqlığına Rusiya Azərbaycan münasibətlərini qurban verməsinlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri