Azərbaycandakı suvenir mağazalarına qarşı tələblər sərtləşdirilir
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycanın tarixi-mədəni qoruqlarında yerli sənətkarlığın təşviqi məqsədilə suvenir mağazalarına tətbiq olunan tələblər sərtləşdirilir.
Bunu "Report"un Basqala ezam olunmuş müxbirinə Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
Onun sözlərinə görə, son illər xaricdən gətirilən ucuz suvenirlərin mağazalarda üstünlük təşkil etməsi yerli sənətkarların fəaliyyətinə mənfi təsir göstərir.
"Bu səbəbdən qoruqların ərazisində yerləşən satış obyektlərinə yeni şərtlər tətbiq olunur. Biz qoruqlardakı suvenir mağazalarında yerli məhsulların satışını artırmaqda maraqlıyıq. Xaricdən gətirilən ucuz suvenirlərin dominantlıq etməməsi üçün mağazalara müəyyən şərtlər qoyuruq və yerli ustaları daha kiçik ölçülü, əlçatan qiymətli məhsullar hazırlamağa təşviq edirik", – M.Ağabəyli qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 Noyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















