Icma.az
close
up
RU
Azərbaycandakı universitetlərin heç birinin düz əməlli yataqxanası yoxdur Məzahir Məmmədli

Azərbaycandakı universitetlərin heç birinin düz əməlli yataqxanası yoxdur Məzahir Məmmədli

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət İmtahan Mərkəzi 2024-2025-ci tədris ilinə aid "Abituriyent" jurnalının 12-ci sayını dərc edib. Jurnalda 14000 ətrafında tələbənin təhsilinin dayandırıldığı bildirilib.

Bəs tələbələrin təhsillərinin əsas dayandırılma səbəbləri nələrdir?

Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən 51 universitetdən 7-si xüsusi təyinatlıdır:

"Xüsusi təyinatlıları saymasaq, yerdə qalan universitetlərin son vaxtlar qəbul olan tələbələri 100 faizlə məzun olurdular. Bir neçə il öncə universitetlərdən biri hesabat dövründə bildirmişdi ki, qəbul olunan tələbələrimizdən 7-si məzun ola bilməyib. Universiteti ciddi qınaq atəşinə tutdular ki, bu hansı səviyyəli universitetdir, tələbələr hamısı məzun ola bilməyib. Amma dünya təcrübəsi bir az fərqlidir. Dünya təcrübəsi onu göstərir ki, qəbul olunanların hamısı məzun ola bilmir. Hansısa səbəbdən təhsili dayandıranlar, başqa işlə məşğul olanlar və yaxud çatdıra bilməyib yarımçıq qoyanlar var.

Bizdə 14 min tələbənin universiteti yarımçıq qoyması təkcə sadaladığım səbəblərdən deyil. Bunların əksəriyyəti maddi imkansızlıq ucbatından, yaşayış minimumunun imkan verməməsi səbəbindəndir. Azərbaycandakı universitetlərin heç birinin düz-əməlli yataqxanası yoxdur".

Ekspertin sözlərinə görə tələbələrin əksəriyyəti kirayədə qalır.

"Azərbaycan 2008-ci ildən Boloniya sisteminə qoşulub. Ali təhsil müəssisələri hələ də ənənəvi sistemlə işləməyə davam edirlər. Qayıb limiti deyilən bir şey var. Fənlərdən qayıb limiti keçilibsə, həmin tələbə imtahanlara buraxılmır. Tələbəni universitetdən xaric edirlər ki, imtahan zamanı üzərindən əlavə vasitələr tapılıb. Bu kimi absurd məsələlər də var, amma eyni zamanda tədrisini müvəffəq başa vurmayan tələbələr də var. Səbəblər çoxdur. Hesab edirəm ki, universitetə qəbul olub bitirməmək universitetin problemi deyil", - deyə M.Məmmədli əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri