Azərbaycandakı valyuta hərraclarındakı satış 20 % ə yaxın artıb
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 498,8 milyon ABŞ dolları məbləğində satış olub.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6% çoxdur.

