Azərbaycandan Avropaya getmək istəyənlərə pis xəbər
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində daha kəsrin addımlar atmağa hazırlaşır.
Modern.az "Politico" nəşrinə istinadən xəbər verir ki, Avropa Parlamenti, Avropa Komissiyası və Aİ Şurasının nümayəndələri iyunun 1-də miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan yeni saziş mətnini təsdiqləyiblər.
Yeni qaydalara əsasən, Aİ-dən deportasiya prosesləri həm sürətləndiriləcək, həm də onların sayı əhəmiyyətli dərəcədə artırılacaq. Sazişin ən diqqətçəkən bəndlərindən biri isə miqrantların birlik hüdudlarından kənarda yaradılacaq xüsusi mərkəzlərə deportasiya edilməsinə icazə verilməsidir.
Sözügedən sənəd yaxın günlərdə Avropa Parlamenti və Aİ Şurası tərəfindən rəsmən ratifikasiya olunmalıdır. Bu yeni qaydaların iyunun 12-dən etibarən qüvvəyə minəcək irimiqyaslı miqrasiya islahatının tərkib hissəsi olacağı gözlənilir.
Töhfə Səməd
Baxış sayı:74
Bu xəbər 02 İyun 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















