Icma.az
close
up
RU
509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış

509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Sərnişinlər 509 nömrəli marşrut avtobusunun fəaliyyətindən şikayətçidirlər.

Bu barədə onlar Oxu.Az-a müraciət edərək bildiriblər ki, sözügedən nəqliyyat vasitəsi Binə Ticarət Mərkəzindən sonra geri qayıdır və Lökbatan qəsəbəsinə daxil olmur.

"509 nömrəli avtobusla təxminən iki ildir ki, Sumqayıt avtovağzalından Lökbatan dairəsinə gedirəm. Bu yaxınlarda təsadüfən öyrəndim ki, əslində həmin avtobus Lökbatan qəsəbəsinə də girməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmi saytında marşrut xəritəsi də bu şəkildə göstərilib. Qurumun operatoru ilə də əlaqə saxlamışam, o da bunu təsdiqləyib. Lakin iki ildir avtobus özbaşına marşrut xəttini tamamlamır. Hər dəfə bu məsələni sürücüyə və dispetçerə bildirdikdə Lökbatana getmədiyini, Binə Ticarət Mərkəzinin son dayanacaq olduğunu deyirdilər. Mən də elə bilirdim ki, marşrut belə olmalıdır. Buna görə də hər dəfə Binə Ticarət Mərkəzindən əlavə avtobusa yol pulu ödəyərək Lökbatana gedirdim. Sonradan məlum oldu ki, bu düzgün deyil", - deyə vətəndaş şikayətində qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt avtovağzalından fəaliyyətə başlayan 509 nömrəli marşrut avtobusu Binə Ticarət Mərkəzindən keçməklə Lökbatan qəsəbəsinə qədər hərəkət etməlidir.

"Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi və təsdiqlənmiş hərəkət sxeminə riayət olunması barədə tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. Nöqsanlar aşkar ediləcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq", - deyə agentlikdən bildirilib.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Fevral 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri