Azərbaycandan iki fransalı futbolçu deportasiya olundu
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda oynayan iki legioner futbolçu deportasiya olunub.
Moderator.az Prosport.az-a istinadən xəbər verir ki, bunlar I Liqa klubunda çıxış edən afrikaəsilli Fransa vətəndaşlığı olan əcnəbi futbolçulardır.
Belə ki, "Cəbrayıl"da çıxış edən 20 yaşlı seneqaləsilli qapıçı Matiss Morvill və 22 yaşlı sol cinah vingeri Noa Lobedir. Hər iki futbolçu sentyabrın 1-də komanda ilə müqavilə bağlamışdı.
Onların Dövlət Miqrasiya Xidməti tərəfindən deportasiya olunublar. Buna səbəb isə futbolçuların yaşadığı müvəqqəti ünvanla bağlı problemin mövcudluğudur.
"Şahdağ Qusar"ın ötən ay transfer etdiyi 18 yaşlı qanalı Kvaku Adcey də deportasiya oluna bilərmiş. Lakin ona görə klub tərəfindən cərimə ödənilib və futbolçunun deportasiya olunmasının qarşısı alınıb.
Qeyd edək ki, "Cəbrayıl" bu gün çempionatın lideri "Şəfa"nı Şamaxıda qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 19 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















