Icma.az
close
up
RU
“Meydandakı çıxışımda Xalq Cəbhəsinin yaradılmasının vacib olduğunu bildirdim...” Sabiq spiker ARXİV

“Meydandakı çıxışımda Xalq Cəbhəsinin yaradılmasının vacib olduğunu bildirdim...” Sabiq spiker ARXİV

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Mənə dedilər ki, V.İ.Lenin adına meydanda mitinq gedir. Mən ona çox əhəmiyyət vermədim. Çünki...”

“Camaatın böyük əksəriyyətinin iştirak etdiyi bir aksiyada iştirak etməyimi özümə borc bildim...”

...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...

Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...

Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artur Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...

Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 296-297-ci səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  

(Əvvəli burada:  )

Qəmbərov İsa Yunis oğlu – (Az.CCR. EA-nın Şərqşünaslıq İnstitutu. 25 aprel 1989-cu il.)(İsa Qəmbər- Azərbaycan parlamentinin sədri(may, 1992 - iyun, 1993-S.L.)

Mən noyabrın 17-də komsomolun Mərkəzi Komitəsində mədəni-kütləvi işlər üzrə görüşdə idim. Görüşdən sonra mənə dedilər ki, V.İ.Lenin adına meydanda mitinq gedir. Mən ona çox əhəmiyyət vermədim. Çünki Elmlər Akademiyasında mitinqlər çox keçirilirdi. Sonra işə gələndə dedilər ki, mitinq hələ də davam edir. Saat 17-də mən meydanda oldum. Tribunada Ənvər Əliyevin səsini tanıdım. Biz tanış idik. Ancaq münasibətlərimiz işdə olurdu, şəxsi münasibətimiz isə yox idi... 

Mən ora gələndə mikrofon qoyulmuşdu. Mitinqdəkilərin deməyinə görə bu onların tələbi ilə edilmişdi. Ənvər Əliyev tələbləri dəfələrlə oxudu. Təxminən saat 18-19-da mənim üçün maraqlı bir şey olmadığını hiss edib evə gəldim. Səhəri gün işə gələndə mənə dedilər ki, bu gecə camaat meydanda qalıb. Mən yenidən saat 2-də meydana gəldim. Camaatın böyük əksəriyyətinin iştirak etdiyi bir aksiyada iştirak etməyimi özümə borc bildim...

Axşam mən tribunaya çıxdım. Orada Nemət Pənahov, Ənvər Əliyev, Əbülfəz Əliyev və Sabir Rüstəmxanlı da var idi.  Tribunaya mənə tanış olan adamları oarda gördüyüm üçün çıxmışdım. Tribunada saat 21-ə qədər, meydanda isə 22-23-ə qədər oldum... 

Sual:  

-Orada ayın 17-18-də Sabir Rüstəmxanlı və Nemət Pənahovun çıxışında tətilə çağırış var idimi? 

Cavab: 

-Xeyr, mən onu eşitməmişəm, ümumiyyətlə, mən bu işi fəhlələrin vəzifəsi hesab edirəm.

Ayın 19 və 20-də tribunada idim. Bu vaxt hiss etdim ki, Nemət Pənahov və Sabir Rüstəmxanlını bir lider kimi irəli verirlər. Ayın 20-də təxminən saat 17-18-də mənə də söz verdilər…

Mən öz təşəbbüsümlə çıxış etmədim, bunu mənə kimsə təklif etdi. Çıxışımın stenoqram  yazısı ilə razıyam. Mən çıxışımda Xalq Cəbhəsinin yaradılmasının vacib olduğunu bildirdim. Heç bir ekstremist təklifim olmayıb. Mən, ümumiyyətlə, prinsip etibarilə ermənilərin qovulmasına və Ermənistanın iqtisadi blokadaya alınmasına və bu kimi çağırışların əleyhinəyəm. (s. 271).

(Davamı var)

Qeyd:

Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...

Təqdim etdi: Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Dekabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see218

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see214

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see212

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see196

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see176

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see167

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see157

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see153

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see149

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see142

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri