Elektron siqaretlərə yeni aksiz dərəcəsi tətbiq olunacaq
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəlarda dəyişiklik ediləcək.
Ölkə.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərin hər bir ədədinə 2 manat;
- elektron siqaretlər üçün mayenin hər litrinə 100 manat.
Qanun layihəsində birdəfəlik istifadə üçün elektron siqaret və elektron siqaretlər üçün maye ilə bağlı müddəların qanunvericilikdən çıxarılması təklif edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















