“Azərbaycandan neft məhsullarının davamlı idxalı hesabına Ermənistanın yanacaq bazarında rəqabətin artımı əldə edilə bilər”
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi dekabrın 5-də tərəfdaşlardan yanacağın Gürcüstan ərazisindən tranziti üçün müraciət aldığını və Baş nazirin göstərişi ilə bu yükün dəmiryolu ilə tamamilə pulsuz daşındığını açıqlayıb.
SOCAR-ın Ermənistana benzin ixrac etməsi hansı iqtisadi və ya strateji məqsədlərə xidmət edir?Bu addımın regiondakı siyasi münasibətlərə və Azərbaycanın enerji siyasətinə təsirləri nə ola bilər?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına neft sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, prosesə artıq həm də nəqliyyat sektoru və maliyyə qurumları da cəlb olunur.
İlham Şaban
“Əvvəla, bu hal bir daha rəsmi Bakı və İrəvanın Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir. İkincisi, bu ticari əməliyyatın kommersiya xarakteri daşımasıdır, yəni tərəflər arasında alqı-satqı müqaviləsi çərçivəsində həyata keçirilir. Bu, həm də təkcə iki ölkə arasında neft məhsullarının ticarəti ilə məhdudlaşmır. Çünki prosesə artıq həm də nəqliyyat sektoru və maliyyə qurumları da cəlb olunur (hətta üçüncü tərəfin iştirakı ilə olsa belə), çünki satdığımız yanacağın pulunun ödənilməsi var ortada. Mən bunu həmçinin Ermənistanın neft məhsulları bazarında yeni tədarük mənbəyinin açılması, onun idxalının şaxələndirilməsi yolunda atılmış bir addım kimi qiymətləndirirəm.
Bir məsələni də qeyd edim ki, postsovet dönəmində Ermənistanın neft məhsulları və ümumiyyətlə, enerji bazarında Rusiya böyük çəkiyə sahib olub və qalmaqdadır. Bu kontekstdə Azərbaycandan neft məhsullarının gələcəkdə davamlı idxalı hesabına Ermənistanın yanacaq bazarında rəqabətin artımı əldə edilə bilər”, - deyə İlham Şaban vurğulayıb.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















