Azərbaycandan Rusiyaya pul köçürmələri bərpa edildi
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Expressbank” ASC “Zolotaya Korona” (KoronaPay) sistemi vasitəsilə Rusiyaya pul köçürmələrini bərpa edib.
"AzPolitika" Plat.az-a istinadla xəbər verir ki, artıq bir neçə gündür “Expressbank” vasitəsilə sözügedən sistem üzrə Rusiya istiqamətində pul köçürmələri yenidən həyata keçirilir.
Qeyd edək ki, avqustun əvvəlində Azərbaycandan Rusiyaya “Zolotaya Korona” vasitəsilə pul köçürmələri müvəqqəti dayandırılmışdı. “Unibank” və “Yelo Bank” həmin vaxt sistemlə əməkdaşlığın davam etdiyini, lakin texniki problemlər səbəbindən Rusiya istiqamətində köçürmələrin həyata keçirilmədiyini bildirmişdi.
Azərbaycan Mərkəzi Bankı məsələyə münasibətində bildirmişdi ki, banklarla ödəniş sistemləri arasında əməkdaşlıq qarşılıqlı razılaşma əsasında həyata keçirilir və tənzimləyici bu münasibətlərə müdaxilə etmir. AMB-nin məlumatına görə, banklar tərəfdaşları ilə münasibətlərə dair qərarları yerli qanunvericiliyin tələblərini və müxtəlif risk faktorlarını nəzərə almaqla müstəqil qəbul edirlər.
Köçürmələrin dayandırılması Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etməsindən sonraya təsadüf etmişdi. Həmin paket çərçivəsində “Zolotaya Korona” sisteminin operatoru olan Rusiyanın “Platejnıy Sentr” qeyri-bank kredit təşkilatı Aİ-nin sanksiya siyahısına daxil edilmişdi.
“Zolotaya Korona”nın rəsmi məlumatında Korona-nın sistemin pul köçürmələri üçün mobil tətbiqi olduğu göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:217
Bu xəbər 21 Sentyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















