Icma.az
close
up
RU
Azərbaycanı digər Baltikyanı ölkələr kimi Latviya üçün də cəlbedicidir

Azərbaycanı digər Baltikyanı ölkələr kimi Latviya üçün də cəlbedicidir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın həm regional, həm qlobal proseslərdə fəallıq göstərmək imkanları daha da artdı. Ölkəmizə qarşı münasibət də kökündən dəyişdi. Belə ki, Azərbaycanla əlaqələri genişləndirmək istəyən, strateji tərəfdaşlıq münasibətləri qurmağa xüsusi maraq göstərən dövlətlərin sayı hazırda artmağa davam edir. Baltikyanı respublikalar da Cənubi Qafqazda yeni reallıqlar yaratmış və regionun aparıcı gücü statusunu daha da möhkəmləndirmiş Azərbaycanla ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə ciddi maraq göstərirlər. Söhbət ilk növbədə Latviyadan gedir.
Latviya Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də Azərbaycana gerçəkləşən səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Bu səfər tərəflər arasında siyasi etimadı daha da gücləndirməklə yanaşı, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün də olduqca əlverişli imkanlar yaradır. Lakin Azərbaycan-Latviya münasibətləri yalnız ikitərəfli formatla məhdudlaşmır, bu münasibətlər həmçinin Cənubi Qafqaz-Baltikyanı regionları arasında strateji körpü rolunu oynayır. Eyni zamanda, Latviyanın Avropa İttifaqının (Aİ) fəal üzvlərindən biri olması Azərbaycan-Aİ münasibətlərinə əlavə müsbət təsir göstərə bilər. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın aprelin 21-də Xarici İşlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında vurğuladığı kimi Azərbaycan enerji və nəqliyyat-logistika sahəsində Avropa İttifaqının mühüm tərəfdaşı olaraq qalır və bu əlaqələrin daha da dərinləşdirilməsi nəzərdə tutulur. Yəni ki, Aİ Azərbaycanla əlaqələrin çoxşaxəli müstəvidə genişləndirilməsində maraqlıdır. Latviya Prezidentinin ölkəmizə səfəri də məhz bu ərəfəyə təsadüf edib.
Azərbaycan və Latviya prezidentlərinin görüşü və mətbuata verilən bəyanatlar iki ölkə arasında münasibətlərin formal diplomatik xarakter daşımadığını göstərdi. Qarşılıqlı əlaqələr artıq çoxdan diplomatik çərçivədən kənara çıxaraq işgüzar və çoxşaxəli əməkdaşlıq formatına keçib. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi 9 il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu gün də Latviya-Azərbaycan ikitərəfli əlaqələri üçün aktual hüquqi-siyasi baza kimi çıxış edir. Bu sənəd iki ölkə arasında münasibətlərin epizodik deyil, sistemli və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir və hazırkı qlobal geosiyasi reallıqlar fonunda Azərbaycan–Latviya strateji tərəfdaşlığı həm regional, həm də Avropa miqyasında mühüm əməkdaşlıq modeli rolunu oynayır.
Postmüharibə dövrünün Azərbaycanı digər Baltikyanı ölkələr kimi Latviya üçün də cəlbedicidir. Çünki Azərbaycan bu gün yalnız regionun gələcək təhlükəsizlik və əməkdaşlıq çərçivəsini müəyyən edən qalib dövlət kimi deyil, həm də qlobal enerji diplomatiyasında fəal rol oynayan enerji ixracatçısı kimi çıxış edir. Dünyada dərin geosiyasi təlatümlərin baş verdiyi və qlobal enerji böhranının yaşandığı bir məqamda Azərbaycanın potensial enerji təchizatçısı kimi önəmi daha da artır. Ölkəmizin Avropa İttifaqı ilə enerji tərəfdaşlığı isə Latviya kimi ölkələrin diqqətini daha sıx cəlb edir. Azərbaycan bu ölkələr üçün vazkeçilməz etibarlı tərəfdaşa çevrilir. Prezident İlham Əliyevin aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı qeyd etdiyi kimi bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Azərbaycandan boru kəmərləri vasitəsilə qaz idxal edən ölkələrin sayı yaxın illərdə isə daha da arta bilər.
Azərbaycan qlobal müstəvidə etibarlı tərəfdaş imicini formalaşdırmağa müvəffəq olub. Ötən gün Latviya tərəfi ilə imzalanan sənədlərin əhatə dairəsi də tərəflərin bir-birini etibarlı tərəfdaş kimi gördüyünü təsdiqləyir. Bu baxımdan Prezident İlham Əliyevin latış həmkarının Bakıya səfərinin ikitərəfli əməkdaşlıq imkanlarının genişlənməsi üçün əlverişli zəmin yaradacağına əminliyini ifadə etməsi heç də təsadüfi deyil. Latviya nümayəndə heyətinin tərkibinin kifayət qədər çoxluğu və tərəflər arasında təhlükəsizlik, kənd təsərrüfatı, diplomatiya, qida təhlükəsizliyi, sərhəd əməkdaşlığı və digər strateji sahələri əhatə edən sənədlərin imzalanması iki ölkənin əməkdaşlıq əlaqələrinin çərçivəsinin daha da genişlənəcəyini göstərir. Beləliklə, Azərbaycan tərəfdaşlarının şəbəkəsini uğurla genişləndirir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Aprel 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri