Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilərin siyahısı bəlli oldu
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər bəlli olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, çempionatda 23 pəhləvan mübarizə aparacaq.
Belə ki, sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində İslam Bazarqanov, 61 kq çəkidə Nürəddin Novruzov, 65 kq çəkidə Əli Rəhimzadə, 70 kq çəki dərəcəsində Kənan Heybətov,74 kq-da Turan Bayramov, 79 kq-da Cəbrayıl Qadjiyev, 86 kq-da Arseniy Djioyev, 92 kq-da Osman Nurmaqomedov, 97 kq-da Maqomedxan Maqomedov və 125 kq-da Giorgi Meşvildişvili Azərbaycan millisini təmsil edəcək.
Qadın güləşçilərimizdən isə 57 kq-da Jalə Əliyeva, 59 kq-da Günay Qurbanova, 62 kq-da Birgül Soltanova mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə isə kişilərdən 55 kq-da Eldəniz Əzizli, 60 kq-da Nihat Məmmədli, 63 kq-da Murad Məmmədov, 67 kq-da Həsrət Cəfərov, 72 kq-da Ülvü Qənizadə,77 kq-da Sənan Süleymanov, 82 kq-da Qurban Qurbanov, 87 kq-da İslam Abbasov, 97 kq-da Murad Əhmədiyev, 130 kq-da isə Beka Kandelaki Azərbaycan seçmə komandasında döşəyə çıxacaq.
Qeyd edək ki, çempionat sentyabrın 13-21-də baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Sentyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















